Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:17

ABŞ rəsmisi: «Azərbaycanın vəzifəsi zorakılığa yol verməməkdir»


Səs: Real audio
ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi Metyu Brayza: «Hökumət ölkədə qayda-qanunun saxlanması çərçivəsindən kənara çıxan güc tətbiqinə yol verilməməsi üçün zəruri tədbirlər görməlidir» «Azərbaycanda parlament seçkiləri ölkədə demokratiyanın inkişafı baxımından son dərəcə əhəmiyyətlidir». «AzərTAc» Agentliyinin İTAR-TASS-dan aldığı xəbərə görə, bu fikri ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi Metyu Brayza «Heritage» Fondunda çıxış edərkən söyləyib.



O, prezident İlham Əliyevin ölkədə seçki praktikasının təkmilləşdirilməsinə dair bir sıra qərarlarını nəzərə çarpdıraraq deyib: «Mənim belə hesab etməyə hər cür əsasım var ki, prezident Əliyev azad və ədalətli seçkilər keçirilməsinin zəruriliyinə ciddi yanaşır».



M. Brayza, sözünə qüvvət olaraq, namizədlərə KİV-lərdə bərabər imkan yaradıldığını, habelə seçicilərin barmaqlarının görünməyən mürəkkəblə işarələnəcəyini qeyd edib: «Beynəlxalq birliyin tövsiyələrinin nəzərə alındığı sonuncu sərəncam ədalətli və azad seçkilər keçirilməsinə doğru mühüm addımdır».



Dövlət Departamentinin nümayəndəsi hesab edir ki, yaxın vaxtda Azərbaycanın qarşısında duran mühüm vəzifə heç bir zorakılığa yol verməməkdən ibarətdir: «Müxalifət demokratiyaya sadiqliyini nümayiş etdirmək üçün fitnəkarlığa yol verməməlidir. Hökumət də ölkədə qayda-qanunun saxlanması çərçivəsindən kənara çıxan güc tətbiqinə yol verilməməsi üçün zəruri tədbirlər görməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG