Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50

Ermənistandan olan bir qrup şəxs Əli İnsanovu xəyanətdə təqsirləndirir<p align=`left`><br><br>


Səs: Real audio
«Sabiq Səhiyyə naziri Əli İnsanovun həbsdən azad edilməyəcəyi təqdirdə onun onminlərlə yerlisinin - Ermənistandan qovulan azərbaycanlıların etiraz aksiyalarına başlayacağı haqda söylənənlərin heç bir əsası yoxdur». Bunu əslən Ermənistandan olan və hazırda müxtəlif dövlət strukturlarında çalışan 250-yə yaxın şəxs oktyabrın 28-də «Hyyat-Regency» hotelində keçirdikləri mətbuat konfransında bildiriblər. İştirakçılar arasında Təhsil naziri Misir Mərdanov, Dövlət Tibb və Bakı Dövlət universitetlərinin rektorları Əhliman Əmiraslanov və Abel Məhərrəmov da olub. Çıxış edənlər Əli İnsanovu və dövlət çevrilişinə cəhddə günahlandırılaraq həbs edilən başqa yüksək vəzifəli şəxsləri vətənə xəyanətdə təqsirləndiriblər.



Təhsil naziri Misir Mərdanov deyib ki, bu şəxslər həm də keçmiş prezident Heydər Əliyevin siyasətinə xəyanət ediblər. Natiqlər dövlət başçısı İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini və müxalifətin əslən Ermənistandan olan azərbaycanlılardan hakimiyyətə gəlmək üçün istifadə etdiklərini söyləyiblər.



Oktyabrın 26-da özünü «Qərbi Azərbaycana Qayıdış» Təşkilatının sədri kimi təqdim edən Rizvan Talıbov sabiq Səhiyyə naziri Əli İnsanov yaxın günlərdə həbsdən azad edilməyəcəyi təqdirdə, əslən Ermənistandan olan onminlərlə insanın küçələrə çıxacağını bəyan etmişdi.



Keçmiş Səhiyyə nazir Əli İnsanov və digər bir sıra yüksək vəzifəli şəxslər ADP sədri Rəsul Quliyevlə əlaqəyə girərək dövlət çevrilişinə cəhddə təqsirləndirilirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG