Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:01

Özəl TV-lərdə ödənişli efir vaxtının qiyməti artırıla bilər


Səs: Real audio
«Azadlıq» seçki blokundan deputatlığa namizəd Mehman Cavadoğlu: «Bu bahalaşma müxalifətyönlü çıxışları məhdudlaşdırmağa xidmət edir» «Turan» İnformasiya Agentliyinin yaydığı məlumata görə, yaxın günlərdə özəl telekanallarda ödənişli efir vaxtının qiyməti artırılacaq. Artıq "Srace" telekanalı bir dəqiqəlik efir vaxtını 322 min manatdan 1,7 mln. manata qaldırmağı planlaşdırır. Telekanalın reklamlar şöbəsindən bildirilib ki, bu qiymət seçki günü yaxınlaşdıqca artırılacaq. ANS və ATV-dən isə dəqiq rəqəm söyləməsələr də, yaxın günlərdə qiymətləri artıracaqlarını bildirirlər.



Yalnız AzTV və İTV qiymətləri olduğu kimi saxlayacaq.



Hazırda AzTV-də bir dəqiqəlik ödənişli efir vaxtının qiyməti 354, İTV-də isə 300 min manatdı və bu məbləğ təşviqat dövründə dəyişməyəcək.



Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyalarının birləşdiyi «Azadlıq» seçki blokundan deputatlığa namizəd Mehman Cavadoğlu hesab edir ki, bu qiymətlər Azərbaycan reallığı üçün çox bahadır. Xüsusən də müxalifətdən olan namizədlər üçün beş dəqiqə üçün təxminən beş milyon manat ödəmək çətin olacaq. Cənab Cavadoğluna görə, əslində, bu bahalaşma seçki yaxınlaşdıqca müxalifətyönlü çıxışları məhdudlaşdırmağa xidmət edir.



İqtidaryönlü Ana Vətən Partiyasının sədr müavini və deputatlığa namizəd Zahid Oruc isə seçkiyə qalan vaxt daraldıqca qiymətlərin bahalaşmasını normal sayır.



Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə deyir ki, telekanallar seçki təşviqatı ilə bağlı ödənişli efir vaxtının qiymətini müəyyən etməkdə sərbəstdirlər: "Bir şərtə ki, bu qiymətlər bütün namizədlər üçün eyni olsun".
XS
SM
MD
LG