Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:43

ATƏT zəhərli raket yanacağının məhvinə kömək edəcək


Səs: Real audio
Bu məqsədlə təşkilatın ekspertləri Bakıda səfərdədirlər ATƏT Azərbaycanda iki yararsız melanj [zəhərli maye raket yanacağı] sahəsinə texniki və maliyyə yardımı ayıracaq. Bu məqsədlə təşkilatın ekspertləri Bakıda səfərdədirlər. Onlar bu sahələrin bərpasına yardım məsələlərini öyrənirlər.



ATƏT-in Bakı Ofisindən Ülvi Axundlu «Azadlıq» radiosuna dedi ki, ekspertlər hazırda Mingəçevirdədir və səfərin yekunları barədə ətraflı məlumat veriləcək.



Melanj - insan sağlamlığı və ətraf mühit üçün təhlükəli sayılır. Bir müddət bundan əvvəl NATO xəbərdarlıq etmişdi ki, Azərbaycanda melanj saxlanan yerlər var və bu, bütün region üçün təhlükə yarada bilər. Müdafiə Nazirliyinin Mətbuat Xidməti isə bunu təkzib etmişdi. Ancaq ATƏT-in yaydığı pres-relizdə deyilir ki, SSRİ dağılandan sonra melanj kütləsi müttəfiq respublikalar ərazisində qalıb. İndi ATƏT üzvləri bu problemi texniki və maliyyə səbəblərindən təkbaşına həll edə bilmirlər.



Beynəlxalq Terrorizmə və Korrupsiyaya qarşı Bank İnformasiya Strateji Araşdırmalar Mərkəzinin direktoru Rövşən Novruzoğlu da Azərbaycanın bir neçə bölgəsində melanj ehtiyatlarının olduğunu deyir: «Mingəçevirdə, Kürdəmirdə və Gəncədə var».



ATƏT eksertləri melanj saxlanan sahələrdə bütün kimyəvi məhsulların siyahısını tərtib edəcək, ərazilərin vəziyyətini yoxlayacaq, qiymətləndirmə işi aparacaqlar.



Gələcəkdə ATƏT NATO-yla birlikdə Azərbaycandakı melanj ehtiyatlarının məhvi üzrə layihə həyata keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG