Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:07

Regional kitabxanalar kompüterləşdirilir


Səs: Real audio
ABŞ-ın Azərbaycandakı səfiri hökuməti 11 may və 25 oktyabr sərəcamlarında irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsini davam etdirməyə çağırır Regionlarda kompüterə və İnternetə girişi təmin edən kitabxana informasiya mərkəzlərinin yaradılması prosesi davam edir.



Regional kitabxanaların inkişafı proqramı çərçivəsində olan bu layihəni Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhqiqat və Mübadilə Şurası – IREX həyata keçirir.



Proqramın tədbirlər üzrə koordinatoru Təranə Səmədovanın sözlərinə görə, layihənin əsas məqsədi regionlardakı kitabxanaları zənginləşdirmək və onların fəaliyyətini genişləndirməkdir:



"Proqramın məqsədi kitabxanaları canlandırmaqdır. Biz hər bir kitabxanaya 4-5 kompüter, İnternetə çıxış veririk. Bundan başqa, istəyirik ki, bu kitabxanalar icma mərkəzlərinə çevrilsinlər".



Proqram çərçivəsində 20 rayonda kitabxana informasiya mərkəzinin açılması nəzərdə tutulub. Bu günədək 8 regionda belə mərkəzlər açılaraq istifadəyə verilib. Hazırda isə Zaqatala, Şəki və Bərdədə bu istiqamətdə işlər görülür. Təranə Səmədova proqramın gələn ilin sonunadək davam etdiriləcəyini deyir.
XS
SM
MD
LG