Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:45
Rubrikalar

UEFA-nın baş katibi Bakıya gəlir


Səs: Real audio
ABŞ-ın Azərbaycandakı səfiri hökuməti 11 may və 25 oktyabr sərəcamlarında irəli sürülmüş öhdəliklərin yerinə yetirilməsini davam etdirməyə çağırır - 19 yaşlı qadınlar arasında gələn il keçiriləcək futbol üzrə Avropa çempionatının püşkü atılıb. Norveçdə keçirilən püşkatmanın nəticələrinə görə, 44 komanda 11 yarımqrupda mübarizə aparacaq. Azərbaycanın 19 yaşlılardan ibarət yığması 4-cü qrupda Serbiya və Çernoqoriya, Şimali İrlandiya və Danimarka komandaları ilə yarışacaq. Azərbaycan Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyevin verdiyi məlumata görə, həmin oyunlar Bakıda keçiriləcək:



«Püşkatmadan məlum oldu ki, Azərbaycan yığmasının rəqibləri Serbiya və Çernoqoriya, Şimali İrlandiya və Danimarka komandaları olacaq. Oyunlar 2006-cı iln sentyabrın 26-dan oktyabrın 2-dək keçiriləcək».



- AFFA-dan verilən məlumata görə, UEFA-nın baş katibi Lars Krister-Olssen noyabrın 2-də Bakıya gələcək. Səfər çərçivəsində o, Yevlax, Tovuz, İmişli və Lənkəranda da olacaq, bölgələrdə futbolun inkişafı ilə maraqlanacaq.



- Oktyabrın 27-də Kanadanın Monreal şəhərində Beynəlxalq Konkisürmə İttifaqının bayrağı altında növbəti «Qran-Pri» turnirinə start verilib. Azərbaycan turnirdə Kristin Freyzer və İqor Luka ilə təmsil olunur. Turnir 2006-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.



- Oktyabrın 28-də həndbol üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Avropa «Çelenc Trofi» turnirinin oyunları çərçivəsində Malta yığması ilə qarşılaşacaq.
XS
SM
MD
LG