Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:10

ABŞ prezidentin seçki ilə bağlı sərəncamını alqışlayır


Səs: Real audio
Departamentin mətbuat katibi Şon MakKormak: «Azərbaycanın siyasi fəallarını seçkilər üçün yaradılan bu demokratik fürsətlərdən istifadə etməyə çağırırıq» ABŞ Dövlət Departamenti Azərbaycan prezidenti İlham Əliyevin parlament seçkisinin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında sərəncamını alqışlayır.



Departamentin mətbuat katibi Şon MakKormakın oktyabrın 26-da yaydığı bəyanatda belə deyilir: «Noyabrın 6-dakı parlament seçkisinin ədalətliliyi və şəffaflığını təmin etmək üçün prezident Əliyevin oktyabrın 25-də elan etdiyi, Azərbaycan hökuməti tərəfindən tətbiq ediləcək yeni tədbirlər, o cümlədən seçici siyahılarının dəqiqləşdirilməsi, seçici şəxsiyyətini təsdiqləyən etibarlı sənədlərin müəyyənləşdirilməsi, təkrar səsvermənin qarşısını almaq üçün barmaqların mürəkkəblənməsi ABŞ tərəfindən alqışlanır».



Birləşmiş Ştatlar Azərbaycan hökumətini bu tədbirləri mümkün qədər tez həyata keçirməyə və sərbəst toplaşmaq azadlığına icazə verməyə çağırır. «Biz, Azərbaycanın bütün siyasi fəallarını beynəlxalq standartlara uyğun seçkilər üçün yaradılan bu demokratik fürsətlərdən istifadə etməyə çağırırıq»- deyə, cənab MakKormak bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG