Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:55

<i>«525-ci qəzet»</i>: «Fikrət Sadıqovun deputat toxunulmazlığının ləğv ediləcəyi gözlənilir»


Səs: Real audio
Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 26-da Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni prezident İlham Əliyevə telefonla zəng edib. «Üç nöqtə» qəzetindəki «Bakıda super kompyuter mərkəzi yaradılacaq» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, bu fikirləri Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov deyib. Müəllif yazır ki, nazir bütün seçki məntəqələrinin telefonlaşdırıldığını və ucqar bölgələrdəki məntəqələrə mobil telefonlar və danışıq kartları paylanıldığını bildirib. Cənab Abbasov onu da söyləyib ki, seçki günü hansısa problemin olmaması üçün operativ qruplar fəaliyyət göstərəcək. Ə.Abbasov söyləyib ki, İnternet provayderləri üçün taariflər müəyyən qədər ucuzlaşdırılıb.



«525-ci qəzet»dəki «Fikrət Sadıqovun deputat toxunulmazlığının ləğv ediləcəyi gözlənilir» başlıqlı məqalədə Kamil Həmzəoğlu yazır ki, sabah Milli Məclisin növbəti iclası keçiriləcək. Məqalədə bildirilir ki, iclasda dövlət başçısının seçki ilə bağlı imzaladığı 25 oktyabr sərəncamı müzakirə olunacaq, bir sıra qanunlara dəyişiklik ediləcək. Müəllif yazır ki, sabiq Səhiyyə və İqtisadi İnkişaf nazirləri ilə birgə dövlət çevrilişinə hazırlıq işləri görməkdə şübhəli bilinən «Azərkimya» Şirkətinin keçmiş rəhbəri Fikrit Sadıqovun deputat toxunulmazlığının ləğv olunacağına dair qərar qəbul ediləcəyi də gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG