Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:21

Dik Çeyni və İlham Əliyev arasında telefon söhbəti olub<p align=`left`><br><br>


Səs: Real audio
Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 26-da Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni prezident İlham Əliyevə telefonla zəng edib. Mətbuat xidmətinin məlumatında bildirilir ki, söhbət əsnasında Azərbaycanla ABŞ-ın müxtəlif sahələrdə – siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələri üzrə əlaqələri müzakirə olunub. Və Cənab Çeyni indiyə qədərki münasibətlərdən Amerikanın razı qaldığını dilə gətirib.



ABŞ-ın vitse-prezidenti Azərbaycanda qarşıdan gələn parlament seçkiləriylə bağlı məsələyə də toxunub və bu seçkinin ədalətli, şəffaf keçiriləcəyinə əminliyini vurğulayıb. Öz növbəsində, İlham ƏLiyev deyib ki, Avratlantik strukturlara inteqrasiya istiqamətində bundan sonra da ciddi addımlar atmağa hazırlaşır.



Məlumatda bildirilir ki, Azərbaycan prezidenti parlament seçkilərinin demokratik keçirilməsi üçün bütün şəraitin yaradıldığını bildirib.
XS
SM
MD
LG