Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:04

Seçki xəzanı...


Səs: Real audio
MSK-nın növbəti yığıncağında xüsusi mürəkkəbin tətbiqi qaydalarına dair təlimat qəbul ediləcək Deputatlığa namizədlərin sayı hər saata 7 nəfər azalır



Deputatlığa namizədliyini geri götürənlər dünən 142 nəfər idisə, bu gün artıq 300-ü ötüb. Son iki gündə deputatlığa namizədlərin sayı hər saata 7 nəfər azalır. Onların hər biri bunu ən müxtəlif səbəblə izah edir. Kimisi deyir ki, marafonu axıra qədər davam etdirməyə səhhəti imkan vermir. Bir başqası deyir ki, öz imkanlarını "yüz ölçüb bir biçəndən" sonra bu qərarı verməli olub. Kimisi də namizədliyini geri götürməsini ailədaxili qərar kimi izah edir.



Belələrindən biri – Nəsimi rayon ikinci seçki dairəsindən deputatlığa keçmiş namizəd Tənzilə Rüstəmxanlı deyir ki, həyat yoldaşı, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı da seçkilərdə iştirak edir. Və ailə daxilində belə məsləhətləşiblər ki, bir ailədən iki nəfərin deputat olmaq istəyi cəmiyyətdə düzgün qarşılanmaz, ona görə də namizədliyini geri götürəsi olub.



Ancaq Mərkəzi Seçki Komissiyasının [MSK] katibi Vidadi Mahmudlu deyir ki, bir çox hallarda ayrı-ayrı şəxslər onlara hakimiyyət orqanlarından təzyiqlər olduğuna görə namizədliklərini geri götürürlər. Vidadi Mahmudlunun sözlərinə görə, hətta bununla bağlı MSK–ya da şikayətlər daxil olur. Namizədlər təzyiqlərə baxmayıb namizədliklərini geri götürməyəndə isə dairə seçki komissiyaları bu prosesə cəlb edilir. Nəticədə dairə komissiyaları həmin namizədin qeydiyatının ləğv edilməsiylə bağlı Apellyasiya Məhkəməsi qarşısında məsələ qaldırır.



58 saylı seçki dairəsindən deputatlığa namizəd Xanhüseyn Əliyev deyir ki, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Firudin Babayev namizədliyini geri götürməsi üçün ona təzyiqlər edib.



Firudın Babayev isə Xanhüseyn Əliyevin dediklərini təkzib edir. İcra başçısının sözlərinə görə, sadəcə, Xanhüseyn Əliyev yürüş keçirmək istəyib, onun istədiyi marşrut aksiya üçün münasib olmadığından, aksiyaya icazə verilməyib. Təzyiqlər haqqında deyilənlər isə Firudin Babayevin sözlərinə görə, ona qarşı böhtandan başqa bir şey deyil.



58 saylı dairə seçki komissiyasının katibi Əhməd Əhmədov isə Xanhüseyn Əliyevin namizədliyinin ləğvi ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət olunduğunu təsdiq etdi. Onun sözlərinə görə, dairə komissiyasının sədri komissiya üzvlərinin çoxunun xəbəri olmadan Apellyasiya Məhkəməsinə müraciət edib. Dairə komissiyasının sədri işdə olmadığından, hələlik bu məsələni aydınlaşdıra bilməyiblər. Ona görə də beş nəfər komissiya üzvü bununla bağlı protokol tərtib edərək Apellyasiya Məhkəməsinə göndəriblər.



Bir sıra ekspertlər hesab edirlər ki, bu günlər xüsusilə iş adamlarına namizədliklərini geri götürməklə bağlı çox ciddi təzyiqlər edilir. İş adamları müqavimət göstərdikdə isə vergi orqanları vasitəsilə buna məcbur edilirlər.



Namizədliyini geri götürənlər arasında hakim Yeni Azərbaycan partiyasının [YAP] üzvləri də var.



YAP üzvlərindən Svetlana Bayramova deyir ki, 32 saylı Suraxanı seçki dairəsindən YAP başqa bir namizədi müdafiə edirdi. Partiya rəhbərliyindən ona məsələhət edilib ki, namizədliyini geri götürsün. O, da bu qərara tabe olub.



Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə deyir ki, onsuz da Mərkəzi Aparatın müdafiə etmədiyi partiya üzvləri sonda namizədliklərini geri götürəcəklərini əvvəlcədən bilirdilər. Ancaq bir sıra siyasi müşahidəçilər hesab edir ki, bu, YAP daxilində də ciddi narazılıqlara səbəb olub. Elə namizədlər var ki, könüllü yox, məhz məcburiyyət üzündən namizədliklərini geri götürməli olurlar.



Azərba
XS
SM
MD
LG