Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:47
Rubrikalar

Qolu güclülər Yaponiyaya toplaşıb


Səs: Real audio
MSK-nın növbəti yığıncağında xüsusi mürəkkəbin tətbiqi qaydalarına dair təlimat qəbul ediləcək - Oktyabrın 26-da basketbol üzrə Azərbaycan çempionu «Qala» Avropa Çağırış Kuboku turnirində ilk matçını keçirəcək. Rimas Kurtinaytisin yetirmələri Bakı vaxtı ilə saat 21:00-da Ukraynada yerli «Ximik»ə qarşı oynayacaq. Noyabrın 3-də isə turnir çərçivəsində «Qala» Rusiyanın «Ural Qreyt» komandasını Bakıda qəbul edəcək.



- Avropanın voleybolçu qadınları arasında Çempionlar Liqasının oyunları çərçivəsində Bakının «Azərreyl» komandası İtaliyanın «Pallavolo Sirio» komandasına 3:2 hesabı ilə qalib gəlib. «Azərreyl» növbəti oyunu noyabrın 30-da İspaniyanın «Tenerife» komandasına qarşı keçirəcək.



- Rusiyanın Lipetsk şəhərində yeniyetmə və gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir sona çatıb. 350-dən artıq idmançının mübarizə apardığı yarışda Azərbaycanı «Lokomotiv» klubunun 8 yetirməsi təmsil edib. Onlardan 4 nəfəri qızıl, iki nəfər isə bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan yığması ikinci yeri tutub.



- Oktyabrın 27-də Yaponiyanın paytaxtı Tokioda armrestlinq üzrə 26-cı dünya çempionatının startı verilir. Turnirdə Azərbaycanı bir neçə dəfə ölkə çempionu olmuş Zurab Bəxtiyarov və İlham Mahmudov təmsil edəcək. Hər iki idmançı 105 kq çəki dərəcəsində mübarizə aparacaq.
XS
SM
MD
LG