Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:27

MSK barmaqların mürəkkəblənməsinə qərar verdi


Səs: Real audio
MSK-nın növbəti yığıncağında xüsusi mürəkkəbin tətbiqi qaydalarına dair təlimat qəbul ediləcək Mərkəzi Seçki Komissiyası [MSK] 6 noyabr parlament seçkilərində seçicilərin barmaqlarına xüsusi mürəkkəb vurulması barədə qərar qəbul edib.



MSK-nın növbəti yığıncağında xüsusi mürəkkəbin tətbiqi qaydalarına dair təlimat qəbul ediləcək. Bir gün əvvəl – oktyabrın 25-də prezident İlham Əliyev parlament seçkilərinin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzalayıb.



Sənəddə MSK-ya tövsiyə edilir ki, seçki günü seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair təlimat hazırlasın.



Oktyabrın 26-da MSK sədri Məzahir Pənahov bir-iki günə təlimatın qəbul ediləcəyini deyib. O bildirib ki, üç gün ərzində prezident sərəncamının 7-ci bəndinə müvafiq olaraq hesabat hazırlanacaq. Həmin bənddə deyilir ki, aidiyyəti dövlət orqanları prezidentin seçki praktikasının təkmilləşdirilməsinə dair 11 may tarixli sərəncamında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı müvafiq hesabatları beş gün müddətində ölkə başçısına təqdim etsinlər.



Oktyabrın 28-də isə Milli Məclis son prezident sərəncamı ilə bağlı məsələni müzakirə edəcək.
XS
SM
MD
LG