Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:49

«Parasız adəmin üzü qaradır»


Səs: Real audio
MTN, DİN və Respublika Prokurorluğu işdən çıxarılan Prezidentin İşlər İdarəsinin sabiq müdiri Akif Muradverliyev, «Azərkimya» Dövlət Şirkətinin rəhbəri Fikrət Sadıqov və onunla çalışan Sabir Baxşəliyev, həmçinin Nəsimi rayon Polis İdarəsinin rəis müavini İlqar Rəhimzadə ilə bağlı məlumat yayıb. Dünya Bankının hesablamalarına görə, Azərbaycan əhalisinin hər 20 nəfərindən biri yoxsuldur



Rəsmi statistik rəqəmlərə görə, Azərbaycanda üç il əvvəl – «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı» qəbul edilən zaman yoxsuluğun səviyyəsi 49 faiz olub. Üç il ərzində bu göstərici 40 faizə qədər endirilib. 2015-ci ilə qədər yoxsulluğun səviyyəsinin 25 faizdən az olması planlaşdırılır.



Dünya Bankının Azərbaycan nümayəndəliyinin əməkdaşı Zaur Rzayev Şərqi Avropa və MDB ölkələrində yoxsulluğun azalmasından danışarkən göstəricilərin Ukrayna, Qazaxıstan və Rusiyada daha uğurlu olduğunu bildirir:



«Yoxsulluğun azalması tendensiyası bütün ölkələrdə özünü göstərib. Regionun böyük ölkələrində – Qazaxıstan, Rusiya və Ukraynada yoxsulluq doğrudan da azalıb. Bu onu göstərir ki, sosial bərabərsizlik azalmaq üzrədir. Ancaq bir şey də var ki, yoxsulluq daha çox paytaxt şəhərlərdə azalıb, kənd yerlərində, kiçik şəhərlərdə isə belə deyil».



Dünya Bankının hesablamalarına görə, Azərbaycan əhalisinin hər 20 nəfərindən biri yoxsul – gündəlik gəliri 2 dollardan az, hər beş nəfərdən üçü isə gəlirləri az olanlar sırasındadır. Yəni onların gündəlik gəliri 4 dollardan azdır.



İqtisadçı-ekspert Azər Mehtiyev deyir ki, Azərbaycanda yoxsulluq azalsa da, təbəqələşmə daha çox müşahidə olunur:



«Əvvəlki illərlə müqayisədə yoxsulların sayı müəyyən qədər azalıb. Kəskin təbəqələşmə prosesi isə güclənib. Yəni indi yoxsul olan təbəqələrin yoxsulluq vəziyyəti çox ağırdır. Nisbətən müəyyən təbəqənin gəlirlərinin xeyli artması müşahidə olunur. İnvestisiya və mövsümü iş yerlərinin açılması hesabına müəyyən təbəqənin gəlirləri artıb. Bu baxımdan bir-iki əvvələ nisbətən azalma var».



Dünya Bankının Azərbaycan nümayəndəliyinin əməkdaşı Zaur Rzayev deyir ki, Şərqi Avropa və MDB ölkələrinin məqsədi 2015-ci ilə qədər yoxsulluğu aradan qaldırmaq olsa da, regionda bu problem hələ mövcud olacaq:



«Belə məqsəd var. Ancaq buna nail olmaq üçün iqtisadi artım tempi indi proqnozlaşdırılandan artıq olmalıdır. MDB-də bir çox ölkələr hansısa təbii resursdan asılıdır, onların sürətli iqtisadi inkişafına bu amil şərait yaradıb. Şərqi Avrora ölkələrinin də öz problemi var».



Dünya Bankı yoxsulluğun azaldılması üçün müəssisələrdə islahatların, kənd təsərrüfatında artımın davam etdirilməsini, geridə qalmış şəhər və kəndlərdə imkanların genişləndirilməsini, səhiyyədə xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını, kommunal xidmətlər sahəsində islahatların həyata keçirilməsini, sosial müdafiə sisteminin gücələndirilməsini və əldə olunan nailiyyətlərin düzgün monitorinqini aparmağı tövsiyə edir.



Azərbaycanda yoxsulluq həddi kimi aylıq gəlir 175 min manat qəbul olunub. Gələn ildən bu məbləğin aylıq 250 min manat qəbul olunması planlaşdırılır.
XS
SM
MD
LG