Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:19
Rubrikalar

«Azpetrol»un Moldova ofisində yoxlamalara başlanılıb


Səs: Real audio
MTN, DİN və Respublika Prokurorluğu işdən çıxarılan Prezidentin İşlər İdarəsinin sabiq müdiri Akif Muradverliyev, «Azərkimya» Dövlət Şirkətinin rəhbəri Fikrət Sadıqov və onunla çalışan Sabir Baxşəliyev, həmçinin Nəsimi rayon Polis İdarəsinin rəis müavini İlqar Rəhimzadə ilə bağlı məlumat yayıb. - Son məlumata görə, Azərbaycanda orta aylıq əmək haqqı 618 min manatdır. Dövlət Statistika Komitəsi bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayiəsədə 21 faiz çoxdur. Rəsmi məlumata görə, ən yüksək maaş alanlar neft, tikinti və maliyyə sektorlarında, eləcə də icarə və istehlak xidmətləri sahəsində çalışanlardır.



- Bakıdan Rusiya sərhədinə qədər olan avtomobil yolunun uzunluğu 10 kilometr qısaldılacaq. Bu, yolun 61 kilometrlik hissəsində yenidənqurma işləri aparılandan sonra mümkün olacaq. Artıq Avropa Yenidənqurma və İnkişaf Bankı yenidənqurma işlərinin maliyyələşdirilməsinə ilkin razılığını verib. İndi yolun uzunluğu 208 kilometrdir, qısalandan sonra 198 kilometr olacaq.



- Vergilər Nazirliyi Azərbaycanın ən böyük yanacaqdoldurma stansiyaları şəbəkəsinə malik «Azpetrol» şirkətinin Moldova ofisində yoxlamalara başlayıb. Şirkət bir müddət əvvəl bu ölkədə neft terminalı almışdı. «Azpetrol»un rəhbəri Rafiq Əliyev dövlət çevrilişinə cəhddə günahlandırılaraq həbs edilib.



- Oktyabrın 26-a olan məlumata görə, Milli Bankda 1 dollar 4 597, 1 avro 5 563, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG