Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:38

«Tutulmayan oğru, hamıdan doğru»...


Səs: Real audio
Prezident İlham Əliyev oktyabrın 25-də parlament seçkilərinin hazırlanması və keçirilməsilə bağlı təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzalayıb Azərbaycanda ən sərfəli investisiya yeri vəzifədir



Azərbaycanda pul qoymağa ən sərfəli yer haradır? Vaxtilə "Faynenşl Tayms" adı çəkilməyən bir Qərb biznesmenindən, özü də neft iş adamından sitat gətirirdi ki, Azərbaycanda ən sərfəli investisiya yeri vəzifədir. Pulu istehsala, ticarətə qoymaqdansa, verib vəzifəyə keçmək daha sərfəlidir. Sonrakı gəlir bu xərci artıqlaması ilə ödəyir.



İndi səhiyyə naziri Əli İnsanovun evindən 1 milyon dollar, 25 kilo qızıl-brilyant çıxır. Fərhad Əliyevin nəzarətində olan şirkətdən təkcə bir gündə kassaya verilməyən 2 milyard manat tapılır və s.



Deyirlər kasıbın işi varlının pulunu saymaqdır. Ancaq bu varlılar nazirlər, yüksək vəzifəlilər olduğuna görə onların var-dövlətini bilmək artıq hər bir vətəndaşın haqqıdır.



Bu ilin aprelində işıq üzü görən "Hesabat"ın birinci nömrəsində Azərbaycanın ən varlı məmurlarının daxil olduğu 30 nəfərlik siyahı dərc olunmuşdu. Həmin siyahıya görə, ən varlı məmurlar sırasında daxili işlər naziri Ramil Usubov Gömrük Komitəsinin rəhbəri Kəmaləddin Heydərov və Cəlal Əliyevdən sonra üçüncü yerdədir.



İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev hesab edir ki, həm güc, həm də iqtisadi strukturların rəhbərləri böyük iqtisadi fəaliyyət sahələrinə və müəssisələrə nəzarət edirlər:



"Amma öz-özlüyündə bu iki tərəf arasında müqayisə aparanda, güc strukturlarının vəsait qazanmaq imkanları daha genişdir".



Azər Mehtiyev məmurların əlində olan var-dövlətlə bağlı təxmini rəqəm də deyir. Onun sözlərinə görə, məmurlara məxsus obyektlərin günlük qazancı hesablananda məlum olur ki, onların əlində 10 milyard dollardan çox pul var. Neft gəlirlərinin daxil olmasından sonra həmin vəsait 20-30 milyard arta bilər.



Konstitusiya Araşdırmaları Fondunun prezidenti, millət vəkili Əliməmməd Nuriyevə görə, nazirlərin hansı şirkətlərdə nə qədər paya malik olduğu söz-söhbət şəklində hamıya məlum olsa da, bunu sənədlərlə müəyyənləşdirmək mümkün deyil. Cənab Nuriyevin qənaətinə görə, həmin müəssisələr ya onların qohumlarının, ya da tamam başqa adamların adınadır.



İqtisadçı Azər Mehtiyev də bu məsələdə Əl'məmməd Nuriyevin dedikləri ilə razıdır. Amma o hesab edir ki, ölkə başçısı və hökumət hansı şirkətin konkret hansı məmura, nazirə malik olmasından kifayət qədər məlumatlıdır:



"Hökumətin Əli İnsanov və Fərhad Əliyevin gəliri və əmlakı barədə indiyə qədər xəbərsiz olması barədə söz-söhbətlər tamamilə yanlışdır. Yəni hər bir məmurun nəyə malik olması, hansı şirkətlərin onun nəzarəti altında olması haqda kifayət qədər məlumat var".

Günün bütün mövzuları

XS
SM
MD
LG