Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:54
Rubrikalar

Yeni neft tankeri istismara verildi


Səs: Real audio
Prezident İlham Əliyev oktyabrın 25-də parlament seçkilərinin hazırlanması və keçirilməsilə bağlı təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzalayıb - Azərbaycan hökuməti ilə Dünya Bankı arasında 2001-ci ildə imzalanmış «Yardımdan inkişafa doğru» layihəsinin icrası başa çatıb. Əsasən məcburi köçkünləri əhatə edən bu layihə çərçivəsində ölkədə 220 mikrolayihə həyata keçirilib və bunlara 7 milyon dollar vəsait xərclənib. Bundan da 175 minə yaxın insan bəhrələnib. İnfrastrukturun yaxşılaşdırıldığı, məktəb, xəstəxana və yataqxanaların təmir olunduğu, eləcə də başqa işlərin görüldüyü bildirilir.



- «Əgər 2024-cü ilə qədər dünya bazarlarında neftin bir barrelinin qiyməti 45 dollar olarsa, yalnız «Azəri-Çıraq-Günəşli» yataqlarından əldə olunan neftin satışından Dövlət Neft Fonduna 130 milyard dollardan çox pul daxil olacaq».



Bunu Azərbaycan Dövlət Neft Fondunun prezidenti Samir Şərifov bildirib.



- Azərbaycan öz neft tankerlərinin sayını artırır. Rusiyada istehsal olunan və «Şah İsmayıl Xətai» adlanan daha bir tanker oktyabrın 25-də istifadəyə verilib. Mərasimdə baş nazir Artur Rasizadə də iştirak edib. Yeni tankerin uzunluğu 150 metrdir, o, 13 min ton yük daşıya bilir.



- Oktyabrın 25-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 595, 1 avro 5 500, 1 rubl isə 160 manatdır.
XS
SM
MD
LG