Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:24

Bakı tıxacların əsirinə çevrilib


Səs: Real audio
Prezident İlham Əliyev oktyabrın 25-də parlament seçkilərinin hazırlanması və keçirilməsilə bağlı təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzalayıb Paytaxt küçələrindən tıxacların nə vaxt götürüləcəyi hələ məlum deyil



Tələbələr dərsə gecikir, adamlar işə. Bakıda tıxaclar əvvəllər səhər və axşam saatlarında olurdusa, indi bütün gün ərzindədir. Bunun da səbəbi odur ki, Bakıda 250 min maşın var. Ən azı. Şəhər yollarının da daha buna gücü çatmır. Sürücülər piyadaları, piyadalar sürücüləri məzəmmət edir.



Məmməd Quliyev 8 ildir sürücülüklə məşğuldur. Deyir ki, küçələrdə tıxaclar son iki ildə daha çox artıb. Peşəkar sürücü kimi fikri belədir ki, lazım olan küçələrə işarələr və işıqforlar qoyulmadığından vəziyyət çətinləşib:



«İki ildir belə vəziyyət yaranıb. Elə ərazilər var ki, orda yol işarələrinə ehtiyac yoxdur, ancaq qoyulub. Elə yerlər də var ki, qoyulmayıb... Yol polisi küçələrə tənzimləyici qoyarsa, qarşısını almaq olar».



Bakı şəhər Dövlət Yol Polisindən verilən məlumata görə, Bakıda 252 min nəqliyyat vasitəsi qeydə alınıb. İlin sonuna qədər isə bu rəqəmin artacağı gözlənilir. Gündə şəhərə gələn nəqliyyat vasitələrinin sayı isə məlum deyil. Şəhər Yol Polisindən bildirirlər ki, tıxacların aradan qaldırılması üçün 35 post qurulub. Ancaq bu da kömək etmir.



«Vətəndaş Cəmiyyətinə Doğru» qeyri-hökumət təşkilatı həll variantı kimi yeraltı keçidlərin və ikimərtəbəli nəqliyyat vasitələrindən istifadə olunmasını təklif edir.



Təşkilatın direktoru Abil Bayramov: «Almaniyada belə bir təcrübə var – köhnə maşınların vergisi ildən ilə artır. Bir müddət sonra nəqliyyat sahibləri onu saxlamaq niyyətində olmurlar. Bizdə isə əlbəttə, əhali elə yaxşı yaşamır. Ancaq yeraltı keçidlərin sayının artırılması, ikimərtəbəli nəqliyyat vasitələri və dayanacaqların salınması bu problemə kömək edə bilər».



Bakı şəhər Yol Polisi kütləsi 5 tona qədər olan nəqilyyat vasitələrinin paytaxtın mərkəzi küçələrinə hərəkətini qadağan edib. Ancaq kənarlarda olduğu kimi həm də şəhərin mərkəzində tikinti getdiyindən, istənilən küçədə inşaat materialları daşıyan nəqliyyat vasitələrini görmək olur.



Ancaq əhali kimi Dövlət Yol Polisi də narahatdır. Tıxacların aradan qaldırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə təkliflər göndərilib. DYP-nin ictimai əlaqə bölməsinin rəisi Vaqif Əsədov:



«Əzizbəyov, 3-cü mikrorayon dairəsinədə, Ziya Bünyadov – Atatürk prospekti kəsişmələrində ikimərtəbəli yolların, körpülərin salınması ilə bağlı təkliflər verilib. Təkliflər sırasına 5-6 mərtəbəli avtomobil dayanacaqlarının salınması, şəhərin kənarında dairəvi yolun tikilməsi, piyadaların hərəkəti üçün yeraltı keçidlərin çoxaldılması da daxildir. Bunlar olsa, problem nisbətən aradan qalxacaq».



Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə problemin həllini əsasən yeraltı dayanacaqların inşasında görür:



«Əhali yaxşı yaşayır, həm şəhərdəki avtomobillərin sayı çoxdur, həm də kənardan gələnlərin. Dayanmaq üçün şərait yoxdur... Əsas yeraltı avtodayanacaqların salınmasıdır. İndi bu müzakirə olunur».



Cənab Abutalıbov müzakirələrin nə vaxt sona çatıb, nə vaxt işə başlanacağı haqqında isə dəqiq vaxt deməkdə çətinlik çəkir.
XS
SM
MD
LG