Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:20

AzTV-yə ciddi xəbərdarlıq edildi


Səs: Real audio
Blok noyabrın 4-də mitinq-konsertə hazırlaşır «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) ciddi xəbərdarlıq edilib.



Milli Televiziya və Radio Şurasının (MTRŞ) oktyabrın 25-də keçirilmiş iclasında bu qərara alınıb.



AzTV seçkiqabağı təşviqatın təşkili zamanı Seçki Məcəlləsinin 80.5 və 81.2-ci maddələrinin tələblərini və Mərkəzi Seçki Komissiyasının 10 sentyabr 2005-ci il tarixli qərarını mütəmadi olaraq pozmaqda günahlandırılır.



MTRŞ sədri Nuşirəvan Məhərrəmli AzTV rəhbərliyinin gündəlik ödənişli efir vaxtından normadan artıq istifadə etdiyini deyir.



AzTV rəhbərliyindən məsələyə münasibət öyrənmək mümkün olmadı.



Oktyabrın 21-də yerli televiziya rəhbərləri MTRŞ-a dəvət olunmuş və həmin məsələ müzakirə olunmuşdu. Bundan sonra Seçki Məcəlləsini ən çox pozduğu bilidirlən ANS kanalı bəzi verilişlərdə ödənişli seçkiqabağı təbliğatı dayandırıb.



Oktyabrın 24-də bəzi telekanallar müqavilə bağladıqları deputatlığa namizədlərə müraciət edib və sazişi pozmaq məcburiyyətində qaldıqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG