Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:10

Kitabxanalar və məktəblər İnternetə bağlanır


Səs: Real audio
Blok noyabrın 4-də mitinq-konsertə hazırlaşır Bu ildən təhsil sisteminin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə başlanacaq. Yerli kitabxanalarda, orta və ali məktəblərdə İnternetə çıxış məntəqələri yaradılacaq.



Bu və digər sahələrdə müasir texnologiyanın tətbiqi prezidentin oktyabrın 22-də imzaladığı rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramına əsasən həyata keçiriləcək. Bu proqram çərçivəsində həm də informasiya təhlükəsizliyi üzrə yeni kadrlar hazırlanacaq və yeni iş yerlərinin açılmasına şərait yaradılacaq.



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İltimas Məmmədov belə deyir: "Bu yeni iş yerləri intellektual bacarığı olan, yüksək səviyyəli zehni əməklə məşgul olanlar üçün olacaq".



İltimas Məmmədovun sözlərinə görə əhalinin yeni texnologiyalar sahəsində maarifləndirilməsi üçün regionlarda informasiya təlim mərkəzləri də yaradılacaq. Bu günədək isə artıq 20-yə yaxın belə mərkəz yaradılaraq əhalinin istifadəsinə verilib:



"Artıq yaratdığımız mərkəzləri daha da təkmilləşdirəcəyik. Bununla yanaşı, yeni mərkəzlər də yaradılacaq, orada həmçinin xarici dil və kompüter kursları təşkil olunacaq".



2008-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan bütün bu və digər işlərin icrasına artıq star verilib.
XS
SM
MD
LG