Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:12

Nazirlər tutuldu, namizədlər azaldı


Səs: Real audio
Blok noyabrın 4-də mitinq-konsertə hazırlaşır "Nazirlərin adamları hesab edilən namizədlər müdafiə olunmadıqlarını görüb geri çəkilirlər"



Azərbaycanda son günlər baş verənlərdən, nazirlərin həbsindən yazan Qərb mətbuatı və ya beynəlxalq təşkilatların ən çox işlətdiyi bir ifadə var ki, seçkiqabağı Azərbaycan özü-özünü zorakılığa sürükləyir. Yəni başa düşülmür ki, məcburiyyət olmadan Azərbaycan niyə seçkiqabağı özü-özünə problem yaradır?



"Turan" informasiya agentliyinin eksperti Zəfər Quliyev hesab edir ki, hakimiyyətin atdığı addımlar dövlət çevrilişinin qarşısının alınması kimi təqdim edilsə də, əsas məsələ seçki narahatlığı ilə bağlıdır.



Cənab Quliyevin sözlərinə görə, iqtidar çox güman ki, bununla seçkidən sonra baş verə biləcək "rəngli inqilab"ın və ya hakimiyyətdaxili çevrilişin qarşısını almağa çalışır.



Bunu Moskvadan gələn bir plan sayan ekspert fikrini onunla əsaslandırır ki, son vaxtlar Rusiyanın siyasi texnoloqları "məxməri inqilab"ların qarşısının əks-inqilabla alınması üzərində ciddi iş aparırlar: "Oktyabrın 17-dən başlayaraq hakimiyyətin addımları əslində, əks-inqilab variantına oxşayır".



"Gün-Səhər" qəzetinin baş redaktor müavini Qabil Abbasoğlu isə hesab edir ki, nazirlərin həbsində korrupsiya amili daha çox köməkçi rol oynayır. Cənab Abbasoğlu deyir ki, son ayda nə baş verirsə, hamısı, o cümlədən nazirlərin həbsi birbaşa seçkiylə bağlıdır: "Söhbət hakimiyyətin taleyindən gedirsə, onda hətta xəyali təhlükə varsa, mütləq, yubanmadan hərəkətə keçilməlidir. Hakimiyyətin fəaliyyət taktikası və ənənəsi bunu göstərir".



Qabil Abbasoğlu deyir ki, nazirlərin işdən uzaqlaşdırılması həmin nazirlərdən narazı olan vətəndaşlar arasında iqtidara rəğbəti artırır. Ona görə də seçkiyə təsir baxımından bu, hakimiyyətin xeyrinə olan bir məsələdir: "Hətta müşahidələr də göstərir ki, doğrudan da bu məsələdə hakimiyyətin ictimai rəydə müəyyən qədər uduşu var".



Amma ekspert Zəfər Quliyevin qənaətincə, iqtidarın nazirlərlə bağlı addımı "bumeranq effekti" də verə bilər: "Hakimiyyət üçün seçkidən sonra bütün bu prosesləri nəzarət altında saxlamaq çox çətin olacaq. Çünki məmurların bir çoxu gərginlik içindədir. Bilmirlər ki, növbə kimindir, bu kadr dəyişiklikləri nə vaxta qədər davam edəcək. Hakimiyyət öz vahidliyini, monolitliyini get-gedə itirir. Və bu, hakimiyyətin özü üçün çox ciddi problemlər yarada bilər".



Digər tərəfdən, Zəfər Quliyevə görə, hökumətdəki indiki vəziyyətin seçkilərə təsiri həm də namizədliyini geri götürənlərin sayının günü-gündən artması ilə bağlıdır. Parlamentdə öz lobbisini yaratmaq istəyən nazirlərin adamları hesab edilən namizədlər müdafiə olunmadıqlarını görüb geri çəkilirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG