Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:20
Rubrikalar

MDB ölkələri ilə ticarət genişlənir


Səs: Real audio
Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri polisin seçki günü gücləndirilmiş rejimdə işləyəcəyini istisna etmir - Azərbaycan MDB ölkələri ilə ticarəti genişləndirməkdə davam edir. Bu ilin 9 ayı ərzində Azərbaycanın MDB ölkələriylə apardığı idxal-ixrac əməliyyatlarının həcmi 1 milyard 741 milyon dollar olub. Azərbaycandan bu ölkələrə aparılan malların həcmi ölkənin ümumi ixracında 27 faizə çatıb. Bu ölkələrdən Azərbaycana gətirilən mallar isə ölkənin ümumi idxalında 33 faiz təşkil edib.



- Dünya bazarlarında neftin satış qiyməti aşağı düşməkdə davam edir. Dövlət Neft Şirkətindən verilən məlumata görə, indi dünya bazarlarında Azərbaycanın ixrac etdiyi «Azeri light» markalı neftin bir barreli 58 dollara, «Ural» markalı neftin bir barreli isə 51 dollara satılır.



- Noyabrın 24-26-da İstanbulda İslam Konfransı Təşkilatına üzv olan 57 ölkənin iştirakıyla birinci beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Gənclər, İdman və Turizm Nazirliyi, eləcə də yerli turizm şirktləri təmsil edəcək.



- Oktyabrın 24-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 595, 1 avro 5 483, 1 rubl isə 160 manatdır.
XS
SM
MD
LG