Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:06
Rubrikalar

«Gənclik şəhəri» –«ölü zona»


Səs: Real audio
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov deyir ki, çöl quşlarının ovlanması qadağan edilsə də, bazarlarda quş ətinin satılması haqqında məlumatlar daxil olur Bu "Seçki Qatarı"nda:



- Hansı hallarda parlament seçkisinin baş tutmayacağını araşdıracaq;



- Vətəndaşın seçkilər haqda düşüncələrini biləcək;



- və əvvəlcə "gənclik şəhəri", sonrasa "ölü zona" adlandırılan Sumqayıtdan xəbər tutacaqsız.



DEPUTAT SEÇKİLƏRİ SUMQAYIT ƏHLİNİN YADINA DÜŞMÜR



Özləri demişkən, «qul bazarı» yoxsulların özləri üçün yaratdıqları iş yeridir. Həmsöhbətlərim yarızarafat – yarıciddi «bura ayrı aləmdir, biz heç vergi də vermirik» deyib bir az öyündülər də.



Amma fəhlə bazarında işləmək indi bir az çətinləşib, rəqabət artıb, arabir müştəri üstündə dava da düşür. Dedilər, başımız bir tikə çörək dalınca qaçmağa elə qarışıb ki, deputat seçkiləri yadımıza da düşmür.



Əsası 1949-cu ildə qoyulan Sumqayıt 60-70-ci illərdə artıq "kimyaçılar", "gənclik şəhəri" kimi Sovet İttifaqında məşhurlaşmışdı. İndi işgüzar şəhərdən qalan ancaq uçuq-sökük zavod binaları, çoxdandır tüstüyə həsrət qalmış borular və sıradan çıxmış avadanlıqlardır.



Köhnə zavod işçilərini Təzə Bazarda tapdım. Doğrusu, seçkidən danışmağa o qədər də həvəsli deyildilər. Dedilər, seçici siyahısıyla maraqlanmaq ağıllarına gəlməyib, namizədlərlə görüşə isə vaxt yoxdur.



Sumqayıt Universitetinin ətrafında isə əsl gənclik ab-havası var. Tələbələr dedilər ki, seçkilərdə mütləq iştirak edəcəkəklər, amma... "... təzyiq onadır ki, YAP-ın deputatlarına səs verək"... "Bizə, hər evə iki ədəd "Ariya" yuyucu tozu paylayıblar"... "10-cu mikrorayonda biri yol çəkdirir, həyətlərin qabağına hasarlar qoydurur ki, mənə səs verin".



Tələbələrin dediyini öz gözümlə də gördüm. Şəhərin "2-ci kvartal" kimi tanınan ərazisində təzə rənglənmiş oturacaqların üstünə «Azərkimya» yazılmışdı. Aydın görünürdü ki, həyətə asfalt da bir neçə gün əvvəl salınıb. Sakinlər dedilər ki, təmir işlərini ərazinin aid olduğu 41 saylı Sumqayıt seçki dairəsindən deputatlığa namizəd, «Azərkimya»nın direktoru Fikrət Sadıqov aparıb.



Cənab Sadıqov isə abadlıqdan xəbəri olmadığını bildirdi. Onun sözlərinə görə, şəhər rəhbərliyi qışa hazırlıq məqsədi ilə təmir işlərini "Azərkimya"nın müəssisələrinə tapşırıb. Oturacaqların üstünə «Azərkimya» sözü isə ondan xəbərsiz yazılıb.



Oktyabrın 21-də Fikrət Sadıqov namizədliyini geri götürüb, oktyabrın 24-də isə prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.



Şəhərdəki müxalifət partiyaları da seçkiqabağı vəziyyətdən narazıdırlar. Demokrat partiyası Sumqayıt şəhər təşkilatının sədri Tağı Abdullayevin sözlərinə görə, yerli polis və icra strukturları kütləvi aksiyaların keçirilməsinə imkan vermir.



AXCP Sumqayıt şəhər təşkilatının nümayəndəsi İlqar Hüseynov isə deyir ki, icra hakimiyyəti namizədlər arasında ayrıseçkilik salır, hakim partiyanın namizədlərinə rəğbətini açıq-aşkar büruzə verməkdən çəkinmir.



Sumqayıt şəhər İcra Hakimiyyətində şöbə müdiri Seyfəddin Rəhimovsa müxalifətin iddiası ilə razılaşmır, deyir ki, əksinə, onlar namizədlərə kömək edirlər.



Parlamentdə Sumqayıt üçün 4 deputat kürsüsü nəzərdə tutulub, bu yerlər uğrunda 90-a yaxın namizəd mübarizə aparacaq. Şəhərin 400 min əhalisi var, seçici siyahısına təqribən 170 min nəfərin adı salınıb.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG