Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:12

Rəsmilər Azərbaycanda «quş qripi»nin olmadığını bildirirlər<p align=`left`><br><br>


Səs: Real audio
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov deyir ki, çöl quşlarının ovlanması qadağan edilsə də, bazarlarda quş ətinin satılması haqqında məlumatlar daxil olur «Laboratoriya analizləri göstərir ki, Azərbaycanda «quş qripi» xəstəliyi yoxdur». Bunu «Azadlıq» radiosuna Respublika Baytarlıq Laboratoriyasının direktoru Elman Aslanov bildirdi. Onun sözlərinə görə, «quş qripi» ilə bağlı iki dəfə monitorinq keçirilib, ekspertiza üçün çöl quşları vurulub. Birinci dəfə ölkənin müxtəlif bölgələrindən gətirilən 457 çöl quşunun qanı müayinə edilib və xəstəlik tapılmayıb: «İkinci dəfə laboratoriyaya 41 quş cəsədi və 195 qan nümunəsi gətirilib. Bunlar Bakı, Abşeron, Lənkəran, Pirallahı, Dəvəçi və Şirvan bölgələrini əhatə edir. İlkin nəticələr hələ ki narahlığa əsas olmadığını göstərir. 15 quş cəsədi və 87 qan nümunəsini müayinə etmişik, virus tapılmayıb. Amma həftənin axırına yekun nəticələri deyəcəyik».



Elman Abbasov bildirir ki, köçəri quşlar Azərbaycana gəldiyi üçün monitorinqlər də davam edəcək.



Bu arada Naxçıvanın Babək rayonunun Böyük düz kəndinə yaxın ərazidə - Araz çayı sahilində çöl ördəklərinin kütləvi qırılması haqqında məlumatlar yayılıb. Respublika Baytarlıq Laboratoriyasının rəhbəri deyir ki, bunun səbəbi «quş qripi» yox, suyun tərkibində tapılan zəhərli maddələrdir.



Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov isə bildirir ki, «quş qripi»nin yayılmasının qarşısını almaq üçün çöl quşlarının ovlanması qadağan edilsə də, bazarlarda quş ətinin satılması haqqında məlumatlar daxil olur.



«Quş qripi» virusu ilk dəfə təxminən bir il əvvəl Cənub-Şərqi Asiya ölkələrində köçəri quşlarda tapılıb. Həmin bölgədə virusun insanlara keçməsi nəticəsində 60-dan çox adam ölüb. Virus artıq Qazaxstan, Rusiya, Rumıniya, Türkiyə və İngiltərədə də aşkar edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG