Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:55

ATƏT nümayəndəsi: «Müxalifətə hücumlardan çəkinmək lazımdır»


Səs: Real audio
Andreas Buş «mənə elə gəldi ki, polis bığlı və geyimi bir az səliqəsiz olan şəxsləri həbs edir» - deyir «Müxalifət partiyalarına hücumlardan çəkinmək lazımdır. Əhalinin sərbəst toplaşma azadlığına qarşı zorakılıqdan istifadə olunması narazılıq yaradır. Polis belə narazılıq yaratmamalıdır. Əks halda bu, ölkə üçün təhlükəli ola bilər».



ATƏT-in nümayəndəsi Andreas Buş oktyabrın 24-də Bakıda Avropa Şurasının polis əməkdaşaları üçün keçirdiyi tədris seminarında belə dedi. O, müxalifətin oktyabrın 23-də keçirmək istədiyi icazəsiz yürüş-mitinqdən əvvəl bir neçə adamın polis tərəfindən saxlanmasının şahidi olduğunu bildirdi: «Mən həmin şəxslərin nəyə görə həbs olunmasını özüm üçün aydınlaşdırmağa cəhd etdim. Mənə elə gəldi ki, polis bığlı və geyimi bir az səliqəsiz olan şəxsləri həbs edir».



Cənab Buş deyir ki, Azərbaycanın əlverişli mövqeyini nəzərə alaraq, ölkə başçısı ölkənin davamlı inkişafı üçün islahatlar həyata keçirməlidir.



Tədbirdə iştirak edən Daxili İşlər nazirinin müavini Oruc Zalov isə ATƏT nümayəndəsinin dedikləriylə razılaşmadı, onun söylədiklərinin müxalifət mətbuatının yazdıqlarına əsaslandığını bildirdi. Cənab Zalov polisin yalnız məcburiyyət qarşısında aksiya iştirakçılarına qarşı gücdən istifadə etdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG