Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:12
Rubrikalar

«Nüzhə» 21-ci əsrdə dilə gəldi


Səs: Real audio
Əvvəlki aksiyalardan fərqli olaraq polisin sayı çox olsa da, onlar daha korrekt davranırdı Bu "İz"də:



- "Qədim abidələr və mədəniyyət" mövzusunun izinə düşəcək;



- Orta əsrlərdə dəbdə olan çalğı alətindən – "nüzhə"dən xəbər tutacaq;



- «Petroqlif» sözünün mənasını yada salacaq;



- «Mentalitet dolma»sını dadacaq;



- və hər dəfə sənətçi Nazim Rzanın açıqlamalarını dinləyəcəksiz.



"NÜZHƏ" 21-Cİ ƏSRDƏ DİLƏ GƏLDİ



Qədim Xalq Çalğı Alətləri Ansamblı sentyabrda Tacikistanın paytaxtında keçirilən "Ürəklərin səsi" adlı beynəlxalq festivaldan qayıdıb.



Ansamblın bədii rəhbəri Məcnun Kərimov festivala 12 dövlətdən olan iştirakçının qatıldığını bildirir: "Festivalda ABŞ, Almaniya, Rusiya, İran və digər ölkələrin kollektivləri iştirak edirdilər. Biz üç konsertdə iştirak etdik.. festivalın ən yüksək rəyini qazandıq, diplomla qayıtdıq. Biz Ə. Marağayinin 14-cü əsrdə ilk musiqi nümunələrindən olan "Heydərnamə", "Naxışbəstə" və qədim türk təsnif və xalq mahnılarını ifa etdik. Bu dünyanın heç bir ölkəsində olmayan bir möcüzədir".



İndiyə qədər ansambl müxtəlif ölkələrdə olub, 2002-ci ildə Parisə, YUNESKO-nun qərargahına dəvət alıb. 120-dən çox konsert verib.



2002-ci il daha bir hadisə ilə yadda qalıb. Məcnun Kərimovun "Azərbaycan musiqi alətləri" kitabı çıxıb. Elektron versiyayla müşayiət olunan kitabda 28 musiqi aləti haqda məlumat verilir. Onlardan 18-i dövrümüzə qədər gəlib çıxıb, 10-u isə "tarixin təkərləri" altında qalıb. Hazırda onlardan biri – "nüzhə" alətinin bərpası üzərində iş gedir.



Məcnun Kərimov: "Bu alət 13-cü əsrdə Azərbaycanın çox görkəmli musiqişünası Səfiəddin Ürməvinin ixtirasıdır. Çox gözəl, qəribə və qəriz bir alətdir. Yəni onun hazırlanma texnologiyası çox çətindir. İndi o alətin demək olar ki, 80 faizi hazırdır. Ümidvaram ki, çox yaxın vaxtlarda biz onun təqdimatını keçirdəcəyik".



ABİDƏLƏR VƏ MƏDƏNİYYƏT



Mövzu bələdçisi tarixi abilər barədə filmlər müəllifi Nazim Rzadır.



- Eşitdiyimizə görə, torpaq islahatı da bəlli problemlər yaradıb. Təsəvvür edin, tutalım, Qız Qalası kimi abidə kiminsə özəl torpaq sahəsində qalıb... Rastlaşmısız belə hallarla?



Nazim Rza- Belə getsə, Qız Qalasını da kimsə özəlləşdirəcək və kartof, soğan əkəcək. Belə vəziyyət real olaraq bu saat var. Balakəndə bunu mən görəndə dəhşətə gəldim. Təsəvvür edin, hər bir abidə demək olar ki, hansısa bir fermerin şəxsi təsərrüfatının ərazisindədir. Ora girmək üçün gərək həmin fermerdən icazə alınsın...



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG