Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:50

Müxalifətin növbəti icazəsiz mitinqi dağıdıldı<p align=`left`><br><br>


Səs: Real audio
Əvvəlki aksiyalardan fərqli olaraq polisin sayı çox olsa da, onlar daha korrekt davranırdı Müsavat, ADP və AXCP-nin birləşdiyi «Azadlıq» blokunun oktyabrın 23-də keçirmək istədiyi aksiyanın qarşısını bu dəfə də polis aldı. Kiçik qruplardan ibarət aksiya iştirakçıları metronun «Nəriman Nərimanov» stansiyası önünə toplaşaraq «Azadlıq», «Rəsul bəy», «Azad seçki» şüarlarını səsləndirdilər.



Ancaq hadisə yerinə gələn polis aksiya iştirakçılarına uzun müddət bu şüarları səsləndirməyə imkan vermədi. Bir neçə aksiya iştirakçısı, o cümlədən «Azadlıq» blokunun Seçki Qərargahının rəhbəri, deputatlığa namizəd Pənah Hüseyn saxlanıldı.



Bir qədər sonra isə AXCP sədri Əli Kərimlinin aksiya yerinə gəlməsi əlavə canlanma yaratdı. Yenidən bir qrup aksiya iştirakçısı onun ətrafına toplaşaraq ən müxtəlif şüarlar səsləndirdilər. Polislə aksiya iştirakçıları arasında qısamüddətli qarşıdurma baş verdi.



Bu qarşıdurmada da bir neçə nəfər saxlanıldı. Polis aksiya iştirakçılarını «Nəriman Nərimanov» bağından bir xeyli uzaqlaşdırdı. Bu dəfə onlar «İstefa» şüarlarını səsləndirməyə başladılar.



Ancaq bu çox da uzun sürmədi. Saat təqribən 17 radələrində polis bağda və ətraf küçələrdə sakitliyi tamamilə barpa etdi.



Bu mitinqin keçirilməsi üçün əvvəlcədən elan edilən yerdə – metronun "28 May" stansiyası qarşısında isə polis hərəkəti məhdudlaşdırıb hətta metroya, dəmiryol vağzalına getmək istəyənlərə belə imkan vermədi.



Bundan əvvəlki aksiyalardan fərqli olaraq polisin sayı çox olsa da, onların daha korrekt davrandıqları müşahidə olunurdu.



Sakitlik bərpa edildikdən sonra hadisə yerinə gələn Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev qarşıdurma zamanı xəsarət alanların olmadığını dedi. Onun sözlərinə görə, aksiyada 100-150 nəfər iştirak edib, 15 nəfər saxlanılıb. Deputatlığa namizəd Pənah Hüseyn xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.



Aksiyaya cəhddən sonra mətbuat konfransı keçirən AXCP sədri Əli Kərimli isə toqquşmalar zamanı xəsarət alanların olduğunu dedi. Onun sözlərinə görə, 100-ə qədər də aksiya iştirakçısı saxlanılıb.



Əli Kərimli oktyabrın 25, 26, 27-də bölgələrdə, 30-da isə Bakıda yenidən mitinq keçirəcəklərini bildirdi.



«Azadlıq» bloku bundan əvvəl də 3 dəfə şəhər rəhbərliyi ilə razılaşdırılmamış qaydada paytaxtın mərkəzi küçələrində aksiyaya cəhd göstərib. Həmin hadisələr zamanı 100-lərlə aksiya iştirakçısı saxlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG