Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:55
Rubrikalar

Ötən həftədən «Zerkalo»-«Ayna» qəzetlərinin şərhçisi Rauf Mirqədirov danışır


Səs: Real audio
Keçmiş İqtisadi İnkişaf nazirinin vəkili qərardan apellyasiya şikayəti verəcəyini deyir Ötən həftənin əsas yadda qalan iki hadisəsini sadalamaq olar. Əslində, onların ikisi də bir-birilə əlaqədardır. Bu, Rəsul Quliyevin Azərbaycana gəlmək cəhdi və hökumətin nüfuzlu nazirlərinin həbsi, onların dövlət çevrilişində ittiham edilməsidir. Məndə belə bir təəssürat yarandı ki, hakimiyyət hər halda Rəsul Quliyevin Azərbaycana gəlişində maraqlı deyil. Çünki onun gəlişi ətrafında elə bir ay-küy qaldırıldı, elə təhlükəsizlik tədbirləri görülməyə başladı ki, bu, həm cəmiyyətdə, həm də mənim özümdə böyük qorxu yaratdı...



Düzdür, sonradan bu onunla izah olundu ki, guya Rəsul Quliyev Azərbaycana gələcəyi təqdirdə dövlət çevrilişinə cəhd olacaqdı. Və bu çevrilişdə hökumətin aparıcı, böyük nüfuza malik nazirləri iştirak edəcəkdilər. Eyni zamanda birdən-birə məlum oldu ki, onlar korrupsionerdirlər, böyük miqdarda dövlət əmlakını mənimsəyiblər, qeyri-qanuni özəlləşdirmədə iştirak ediblər və sair. Məndə belə bir sual yarandı ki, nə üçün indiyə qədər müvafiq dövlət orqanları bu qeyri-qanuni hərəkətlərin tədqiqatı ilə məşğul olmayıblar? Belə çıxır ki, əgər onlar siyasi proseslərə qatılmaq istəməsəydilər, bu gün nazir vəzifəsində qalacaqdılar.
XS
SM
MD
LG