Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:01

İlqar Məmmədov: «Nazirlərin həbsi cəsarətli olduğu qədər təhlükəlidir»


Səs: Real audio
Keçmiş İqtisadi İnkişaf nazirinin vəkili qərardan apellyasiya şikayəti verəcəyini deyir «Panorama»nın bu dəfəki qonağı müstəqil ekspert İlqar Məmmədovdur. Ötən verilişlərdə olduğu kimi söhbətdə «Azərbaycan» qəzetindən Samir Elmanoğlu, «Zerkalo» qəzetindən isə Azər Rəşidoğlu da iştirak edir.



Bu dəfə «Panorama»da bir neçə nazirin həbsi və onların dövlət çevrilişinə cəhddə günahlandırılmasından bəhs edilir. İlqar Məmmədov deyir ki, bu cəsarətli addım olsa da, bir o qədər də təhlükəlidir. Çünki bundan sonra hakimiyyətin taleyi dövlət başçısının sonrakı addımlarından çox asılıdır. Oxşar addımlar davam edərsə, bu, bütünlükdə bürokratik aparatın dövlət başçısına qarşı çevrilməsinə gətirib çıxara bilər.



İlqar Məmmədovun sözlərinə görə, dövlət başçısı hələ ki, islahat aparmaqdan daha çox öz komandasında yad fikirliləri zərərsizləşdirir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG