Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:53

Fərhad Əliyev haqda üç aylıq həbs-qətimkan tədbiri seçilib


Səs: Real audio
Keçmiş İqtisadi İnkişaf nazirinin vəkili qərardan apellyasiya şikayəti verəcəyini deyir Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. Cənab Əliyevin vəkili Ramiz Məmmədov «Azadlıq» radiosuna verdiyi müsahibədə müdafiə etdiyi şəxsə qarşı konkret ittihamların irəli sürüldüyünü bildirir. Onun sözlərinə görə, sabiq nazir ittihamları rədd edib.



Vəkil üç aylıq həbs qərarı ilə razı olmadığını və oktyabrın 24-də bundan apellyasiya şikayəti verəcəyini deyir. O, Fərhad Əliyevlə bağlı istintaqın nə vaxt yekunlaşacağını söyləməyin mümkün olmadığını bildirir: «Ancaq bu proses azı 5-6 ay vaxt aparacaq».



Dövlət çevrilişinə cəhdi maliyyələşdirməkdə təqsirləndirilən keçmiş İqtisadi İnkişaf və Səhiyyə nazirləri Fərhad Əliyev və Əli İnsanov üzv olduqları Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından da xaric ediliblər. Hakim partiyanın İdarə Heyəti oktyabrın 21-də keçirdiyi iclasda bu qərarı verib. Toplantıda sabiq nazirlər dövlətə və partiyaya xəyanətdə suçlanıblar.



Onların hər ikisi YAP Siyasi Şurasının üzvü idi.



Fərhad Əliyev və Əli İnsanov hakimiyyətin zorla dəyişdirilməsinə cəhddə şübhəli bilinirlər. Axtarış zamanı onların iş otaqlarından və evlərindən külli miqdarda xarici valyuta və qiymətli əşyaların götürüldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG