Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:13

Nazirləri niyə tutdular?


Səs: Real audio
İlkin məlumata görə, üç nəfər həlak olub, xəsarət alanların sayı dəqiqləşdirilir Niyə Fərhad Əliyev və Əli İnsanov illərlə xalqın malını talaya bilirlər, onlara söz deyən olmur, ancaq hakimiyyətin özünə təhlükə olan kimi dərhal tutulurlar?



Prezident İlham Əliyev çox qəti hərəkət edir. Hətta çoxları onun yerinə olsaydı, bəlkə, tərəddüd edərdilər, seçkinin sonunu gözləyərdilər. Vəziyyət doğrudanmı belə ciddi olub? Seçki ərəfəsində prezident müəyyən riskə getmirmi? Yoxsa, elə bir risk yoxdur?



Bütün bu suallara cavab tapmağa üç qonağımız kömək edir:



- Millət vəkili Zahid Oruc;



- "Xalq" qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğlu;



- "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu



Aparıcı: - Ola bilərmi ki, Rəsul Quliyev Amerikada oturub İlham Əliyevin nazirlərinə tapşırıq versin, hətta pul ala bilsin?



Mahal İsmayıloğlu: - Hadisələrin Rəsul Quliyevlə əlaqələndirilməsi sadəcə olaraq Ramiz Mehtiyevin məkrindən gələn bir niyyətdir. Mən Prezident Aparatında işləmişəm. Dəfələrlə şahidi olmuşam ki, Əli İnsanovla Ramiz Mehtiyev arasında çox ciddi konflikt var idi və bu konflikt bəzən yığıncaqlarda pırtlayıb açıq şəkildə ortaya çıxırdı... Rəsul Quliyevi bəhanə edib rəqibləri sıradan çıxardırlar...



Aparıcı: - Neçə vaxtdır deyirdilər, elə indi də rəsmi deyirlər ki, Fərhad Əliyev müxalifətə işləyir, müxalifətə pul ötürür. Ancaq harda görünüb ki, pulverən pul verdiyi adama işləsin? Əksinə, pulalan işləyir pulverənə. Fərhad Əliyev müxalifətə işləyir, yoxsa müxalifət Fərhad Əliyevə?



Zahid Oruc: - Mənə elə gəlir ki, burada işləmələr qarşılıqlı olub. Amma tərəflərdən hər biri düşünüb ki, qurduğu planda əsas ssenari müəllifi odur və nəticədə uğur ona qismət olacaq... Bu şəxslərin, o cümlədən Fərhad Əliyevin müəyyən siyasi hesablar qurduğu... və ümumiyyətlə, hakimiyyət uğrunda mübarizənin iqtisadi bazasını hazırladığı çoxlarına məlum idi... Lakin bütün bu məsələlərin başında duran bir amil var – bu, uzun müddətdən sonra Rəsul Quliyevə mələk siması geyindirib hakimiyyətə gətirmək cəhdi idi. Bütün hadisələr bunun üzərində baş verdi...



Aparıcı: - Rayon qəzetində Fərhad Əliyevin adı mənfi mənada hallananda, Fərhad Əliyev adam göndərib xahiş edirdi ki, ondan belə yazmasınlar. İndi rayon qəzetindən çəkinən adam dövlət çevrilişi etmək eşqinə düşə bilərmi? Eləcə də cəmiyyətdə imici çox mənfi olan Əli İnsanov?



Ərəstun Oruclu: - Son dövrlər baş verənlərin səbəbi ölkədəki hakimiyyət böhranıdır... Bu, siyasi böhrandır. Burada Rəsul Quliyev və ya kimdənsə danışmağa dəyməz. Birincisi, burada bir məntiqsizlik var. Rəsul Quliyevə qarşı irəli sürülən ittihamlardan biri ondan ibarətdir ki, o, 110 milyon dollardan artıq dövlət vəsaitini mənimsəyib. Burada təbii bir sual ortaya çıxır ki, 110 milyon dolları mənimsəmiş insanın 50-70 min avroya nə ehtiyacı var. İkincisi, Rəsul Quliyevin hansı təsir mexanizmləri var ki, dövlət nazirləri hər birinin kifayət qədər geniş təsir imkanları ola-ola, hardasa abstrakt bir liderə istinad etsinlər... hətta onun göstərişi ilə çalışsınlar...



Daha ətrfalı Audio hissədə
XS
SM
MD
LG