Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:14

«Azərkimya» Şirkətinin prezidenti namizədliyini geri götürdü


Səs: Real audio
Fikrət Sadıqovun həbsi haqda xəbərlər təsdiqlənmir 41 saylı Sumqayıt seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, «Azərkimya» Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov namizədliyini geri götürüb. Sözügedən Dairə Seçki Komissiyasının sədri Məzahir Süleymanov deyir ki, cənab Sadıqov seçkiyə qatılmamasının səbəbini Mərkəzi Sekçi Komissiyasına haqqında çoxsyalı şikayətlərin daxil olması ilə əlaqələndirib.



Bir müddət öncə 41 saylı Sumqayıt seçki dairəsindən 13 deputatlığa namizəd ölkə başçısı İlham Əliyev və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edərək, seçki təşviqatı dövründə qanunu pozduğuna görə Fikrət Sadıqovun namizədliyinin ləğvini tələb etmişdilər.



Oktyabrın 21-də isə Fikrət Sadıqovun həbsi haqda xəbərlər yaylısa da, hüquq-mühafizə orqanları və şirkət rəhbəri məlumatı təsdiqləməyib.



Müstəqil Mətbuat Mərkəzindən verilən məlumatda isə deyilir ki, deputatlığa namizədlərdən 80 nəfər seçkidə iştirakdan imtina edib. Bununla da namizədlərin sayı 2063-dən 1980 nəfərə enib. Mərkəzdən verilən məlumata görə, namizədliyini geri götürmək istəyənlərin sayı arta da bilər.
XS
SM
MD
LG