Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:29

ABŞ polis zorakılığı haqda məlumatlardan narahatlığını bildirir<p align=`left`><br><br>


Səs: Real audio
Culiya Finli iqtidarı vətəndaşların sərbəst toplaşma azadlğının təmin edilməsi ilə bağlı xüsusi konstruktivlik və çeviklik göstərməyə çağırır «Birləşmiş Ştatlar seçki ərəfəsində polis zorakılığı haqda məlumatlardan narahatdır və hökuməti insanların sərbəst toplaşma hüquqlarına münasibətdə konstruktivlik və çeviklik göstərməyə çağırır. Demokratik seçkilər, mətbuat və toplaşma azadlığı həm seçkidən əvvəl, həm də sonra Azərbaycanın gələcəyi üçün həlledicidir».



Bunu oktyabrın 20-də Vyanada ATƏT-in toplantısında ABŞ-ın bu qurumdakı səfiri Culiya Finli deyib. Xanım Finli bildirib ki, demokratik seçkilər yalnız seçki günü azad və ədalətli olmaq demək deyil: «Bütün seçki prosesi dövründə azad və ədalətli olmaq lazımdır».



ABŞ rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar Bakıda oktyabrın 9-da icazəsiz mitinq zamanı baş verən polis zorakılığı, habelə oktyabrın 17-də Rəsul Quliyevin ehtimal qayıdışı ərəfəsində 300-ə qədər siyasi fəalın, o cümlədən 20 deputatlığa namizədin həbsi xəbərindən narahatdır.



Culiya Finli son insidentlər zamanı müxalifətçilərin ciddi xəsarət almasından dərin təəssüf hissi keçirdiyini bildirib: «Biz hökuməti bu xəsarətlərə görə cavabdeh şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq».



O, dialoqu bərpa etməyin vacib olduğunu da deyib.



İlham Əliyevin 11 may tarixli sərəncamını xatırladan Culiya Finli deyib: «Biz bir daha prezident Əliyev və onun hökumətini may sərəncamını yerinə yetirməyə, habelə ATƏT-in seçki prinsiplərinin üslubuna və ruhuna sadiq qalmağa çağırırıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG