Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:30

MTRŞ sədri: «Qanunu pozan TV-lər bağlana bilər»


Səs: Real audio
Nuşirəvan Məhərrəmli bu pozuntulara daha çox ANS-in yol verdiyini bildirir «Qanun pozuntusuna yol verən telekanalların fəaliyyəti seçkidən sonra dayandırıla bilər». Bunu Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli oktyabrın 21-də telekanal rəhbərlərilə keçirilən görüşdən sonra bildirdi. Cənab Məhərrəmlinin sözlərinə görə, onlar nöqsanları aradan qaldırmağa söz verib və buna görə də ciddi tədbir görülməyib.



Şura sədri TV-lərin Seçki Məcəlləsini bir neçə formada pozduğunu, ödənişli efir vaxtının reklamla kəsilməsinin, xəbərlər verilişində reklamın verilməsinin qanunzidd olduğunu deyir. N.Məhərrəmli bu pozuntulara daha çox ANS-in yol verdiyini bildirir.



ANS-in baş direktoru Fuad Cabbarovsa bu sahədə müvafiq tədbirlər görüləcəyini dedi.



Prezident İlham Əliyevin bu il aprelin 27-də imzaladığı fərmanla teleradio yayımı lisenziyalaşdırılan sahəyə çevrilib. MTRŞ-a isə lisenziya verən orqan səlahiyyəti verilib. Bu vaxtacan 10-dək kanal lisenziya alıb.
XS
SM
MD
LG