Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:43

Qeyri-Azərbaycan məktəbləri üçün milli dərsliklər hazırlanır


Səs: Real audio
MM sədri: «Dövlət çevrilişi, konstitusion quruluşun dəyişdirilməsilə bağlı çıxışlar qadağan edilməli, belə adamlar haqqında ölçü götürülməlidir» "Bura Azərbaycandır və burada tədris qeyri-Azərbaycan dilində olan məktəblərdə bütün dərsliklər Azərbaycanla bağlı olmalıdır".



Bunu təhsil naziri Misir Mərdanov "Azbuka" dərsliyinin təqdimat mərasimində deyib. Nazir bildirib ki, artıq tədris qeyri-dövlət dilində, o cümlədən, azsaylı xalqların dilində olan məktəblər üçün milli dərsliklərin hazırlanmasına başlanılıb. Hələ ki, rus dilində təhsil alan birinci sinif şagirdləri üçün "Azbuka" dərsliyi hazırlanıb və tədris ilinin əvvəlində onlara pulsuz paylanıb. Hazırda isə rus dilində Azərbaycan dili və ədəbiyyat dərsliklərinin hazırlanması istiqamətində işlər görülür.



Gürcüstanda təhsil alan azərbaycanlı şagirdlərə pulsuz dərsliklərin paylanmasına gəlincə, nazir bildirib ki, Azərbaycan tərəfi Gürcüstana pulsuz dərslikləri göndərib, amma onların pulsuz paylanıb-paylanmamasından xəbəri yoxdur:



"Biz burdan ora dərsliklərin şagirdlərə çatdırılmasına nəzarət edə bilmərik. Müavinimin şəxsən iştirakı ilə tələb olunan sayda dərslikləri vaxtında Gürcüstana çatdırıb təhsil şöbələrinə təhvil vermişik. İndi bunu orda yerli icra orqanlarının necə həyata keçirdiyini mən deyə bilmərəm. Biz bunu idarə edə bilmərik".
XS
SM
MD
LG