Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:55

<i>«Ayna»</i>: «Sosial müdafiəyə ayrılan xərclər azalıb»


Səs: Real audio
İşdən çıxarılmanın səbəbləri göstərilmir «525-ci qəzet»dəki «Rəsul Quliyev beynəlxalq mafiyanın başçılarından biridir» başlıqlı məqalədə bildirilir ki, bu fikirləri prezident İlham Əliyev söyləyib. Dövlət başçısı deyib ki, o, eks-spikerin ədalət mühakiməsinə cəlb olunması üçün əlindən gələni edir. Qəzet yazır ki, Azərbaycan prezidenti bu sözləri ABŞ-ın bir neçə nüfuzlu qəzetinə müsahibəsində açıqlayıb.



Məqalədə bildirilir ki, son günlər kifayət qədər ciddi fiqurların vəzifədən uzaqlaşdırılmasını prezidentin böyük uğuru saymaq olar. Ancaq hələ bunu da son hesab etmək olmaz. Daha ciddi dəyişikliklər parlament seçkisindən sonra olacaq.



«Ayna» qəzetindəki «Sosial müdafiəyə ayrılan xərclər azalıb» başlıqlı məqalədə Aynurə Əhmədova yazır ki, son illər sosial müdafiənin maliyyələşdirilməsi dövlət büdcəsinin xərcləri içərisində yüksək paya malik olan funksional istiqamətlərdən biri kimi çıxış etsə də, ilbəil həmin xərclərin məcmu xərclərdə çəkisinin azalması müşahidə olunur.



Məqalədə bildirilir ki, 2003-cü ildə sosial müdafiə xərclərinin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 12 faiz idisə, 2004-cü ildə bu 10,9 faiz təşkil edib. Bu il isə həmin göstərici 10,7 faiz səviyyəsindədir. Müəllif yazır ki, bu, İqtisadi Tədqiqatlar Mərkəzinin sosial təminat sisteminə ayrılan xərclərin monitorinqi zamanı aşkarlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG