Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:25
Rubrikalar

«İlin sonunadək ipoteka mexanizmi işə salınacaq»


Səs: Real audio
İşdən çıxarılmanın səbəbləri göstərilmir - Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə əhalisinin 3 milyon 900 min nəfərə yaxını işləyir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 87 min nəfər çoxdur. Artım əsasən kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, nəqliyyat, rabitə və iqtisadiyyatın digər sahələrində işləyənlərin hesabına olub.



- "AzərTAc"ın məlumatına görə, "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" ölkə başçısının 2005-ci il 16 sentyabr tarixli fərmanına əsasən, Milli Bankın nəzdində İpoteka Fondunun yaradılması, fond haqqında əsasnamə, İpoteka Fondundan kreditlərin verilməsi qaydaları, agent bankların siyahısının müəyyənləşdirilməsi və s. sənədlərin layihələri hazırlanıb yaxın vaxtlarda Prezidentin İcra Aparatına təqdim ediləcək.



Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə bildirib ki, ilin sonunadək ipoteka mexanizmini işə salmaq mümkün olacaq.



- Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına yatırılan 19 trilyon manatdan artıq investisiyanın 77%-ə qədəri sənaye sahələrinin inkişafına yönəldilib.



- Milli Bankdan aldığımız məlumata görə, oktyabrın 20-də 1 dollar 4 593, 1 avro 5 495, 1 rubl isə 160 manat olub.
XS
SM
MD
LG