Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Amerikada pulsuz təhsil: növbə Bakı şagirdlərinindir


Səs: Real audio
İşdən çıxarılmanın səbəbləri göstərilmir "FLEX – Amerikada bir il pulsuz orta məktəb proqramı" üzrə Bakıda keçiriləcək imtahanın tarixi artıq bəllidir. Oktyabrın 29-da 46 saylı məktəbdə keçiriləcək imtahanda 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.



Proqramı Amerika Beynəlxalq Təhsil Şurası və ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət üzrə bürosu həyata keçirir. Proqramın koordinatoru Nərgiz Hacıyevanın sözlərinə görə, imtahanda iştirak etmək istəyən tələbələr həm də Azərbaycan vətəndaşı olmalı və ingilis dilini bilməlidirlər:



"Azərbaycan ölkəsinin vətəndaşı olmalı, 3 aydan çox Amerikada yaşamamalı və ya oxumamalıdır".



İmtahanın birinci mərhələsindən keçən şagirdlər noyabrın əvvəllərində TOEFL imtahanı verəcəklər. Üçüncü mərhələ isə müsahibədən ibarətdir. Amerikada təhsil almaq şansını qazananlar geri qayıtdıqdan sonra təhsillərini il itirmədən davam etdirəcəklər.



"Bizim Təhsil Nazirliyi ilə müqaviləmiz var. Yəni əgər şagird 9-cu sinfi bitiribsə, Amerikada 10-cu sinfi oxuyur və geri qayıtdıqdan sonra birbaşa 11-ci sinfə keçir. Yəni heç bir şagird il itirmir".



Nərgiz Hacıyeva regionlarda artıq imtahanın hər üç mərhələsinin bitdiyini, cavabların isə Bakıda keçiriləcək imtahanın nəticələri bəlli olandan sonra – may ayında elan olunacağını deyir. 50 nəfərdən artıq şagirdin Amerikada oxumaq şansı var. Onların hər birinin orada qalma və tədris ləvazimatları ödəniləcək. Bundan başqa, şagirdlərə hər ay 150 dollar təqaüd də veriləcək.
XS
SM
MD
LG