Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:07

İlham Əliyev Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib


Səs: Real audio
İşdən çıxarılmanın səbəbləri göstərilmir Oktyabrın 20-də prezident İlham Əliyev Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, ordu generalı Sergey Lebedevi qəbul edib.



«AzərTAc» Agentliyinin yaydığı məlumatda belə deyilir.



Rəhbərlik etdiyi qurumla Azərbaycanın xüsusi xidmət orqanları arasında yaxşı əməkdaşlıq olduğunu deyən general bildirib ki, bu, iki ölkə, habelə region üçün mövcud olan təhlükələrə qarşı birgə mübarizəyə xidmət edir.



Prezident İlham Əliyev isə Azərbaycan və Rusiya arasında müxtəlif, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, dünyada, həmçinin regionda müxtəlif təhlükələrin mövcud olduğu indiki dövrdə təhlükəsizlik və sabitliyin təmin edilməsi baxımından bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
XS
SM
MD
LG