Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:18

<i>«Üç nöqtə»</i>: «Sumqayıtda çirkli sular Xəzərə axıdılır»


Səs: Real audio
ADP sədrinin yaxın zamanlarda atacağı sonrakı addımlar barədə qərar verəcəyi deyilir «Üç nöqtə» qəzetindəki «Sumqayıtda çirkli sular Xəzərə axıdılır» başlıqlı məqalədə Afaq yazır ki, bu şəhər Azərbaycanın ekoloji baxımdan ən çirkli əraziləri siyahısında öndədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Monitorinq İdarəsi bu şəhərin sahil zolağında apardığı araşdırmalar zamanı bir çox faktlar aşkarlayıb.



Məqalədə bildirilir ki, araşdırmaların yekunu olaraq sözügedən idarə Sumqayıtın Tağıyev qəsəbəsinin girişində, Quba-Bakı yolunun yaxınlığında olan şollar suyunun çirkab sulara qarışaraq birbaşa dənizə töküldüyünü müəyyən edib. Müəllif yazır ki, içməli suyun çirklənməsi ilə bağlı dəfələrlə məlumat verilsə də, aidiyyatı qurumlar indiyədək heç bir tədbir görməyib.



«Yeni Müsavat» qəzetindəki «Müsavat başqanı Ukraynaya getdi» başlıqlı məqalədə Könül Şamilqızı yazır ki, başqan bu ölkədə keçirilən beynəlxalq konfransda iştirak etsə də, səfərin başqa məqsədləri də var. Məqalədə bildirilir ki, cənab Qəmbər Ukrayna Xalq İttifaqı Partiyasının rəhbərliyi ilə görüşəcək, ikitərəfli əməkdaşlıq aparılması ilə bağlı danışıqlar aparacaq.



Müəllif yazır ki, səfər çərçivəsində Müsavat başqanı bu ölkədə «İnterpol»un Ukrayna nümayəndəliyi tərəfindən saxlanan ADP lideri Rəsul Quliyevin azad edilməsi imkanlarıyla da maraqlanacaq.
XS
SM
MD
LG