Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:12

Rəsul Quliyev sərbəst buraxıldı


Səs: Real audio
ADP sədrinin yaxın zamanlarda atacağı sonrakı addımlar barədə qərar verəcəyi deyilir Oktyabrın 20-də Jeleznodorojni Rayon Məhkəməsi ADP sədri, eks-spiker Rəsul Quliyevin sərbəst buraxılması haqda qərar çıxarıb. Eks-spikerin vəkili Osman Kazımov deyir ki, bununla prokurorluğun cənab Quliyevin həbsi barədə vəsatəti rədd edilib, Azərbaycan hüquq-mühafizə orqanlarının təqdim etdiyi materiallar əsassız sayılıb. Cənab Kazımovun sözlərinə görə, Rəsul Quliyev hazırda Ukraynada tam sərbəstdir və yaxın zamanda atacağı sonrakı addımlar barədə qərar verəcək.



Vəkil əlavə edir ki, Azərbaycandan Ukraynaya ezam olunmuş istintaq qrupuna məhkəmədə yalnız müşahidəçi kimi iştirak etməyə icazə verilib.



Baş Prokurorluğun Mətbuat Xidmətindən İsrafil Məmmədbəyov isə bildirir ki, Ukraynaya ezam olunmuş nümayəndələr Bakıya qayıtdıqdan sonra vəziyyət araşdırılacaq.



ADP sədri, Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev 1996-cı ildən ABŞ-da siyasi mühacir kimi yaşayır. O, oktyabrın 17-də Bakıya qayıdarkən Ukraynanın Simferopol şəhərində saxlanılmışdı.



Rəsul Quliyevin Azərbaycana ektradisiya olunması üçün oktyabrın 18-də Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin nümayəndələri Ukraynaya getmişdilər.
XS
SM
MD
LG