Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:01

Azərbaycan futbolunda Türkiyə və Ukrayna modeli


Səs: Real audio
67 deputatlığa namizəd seçki marafonundan uzaqlaşıb Futbolun inkişafıyla bağlı dövlət proqramına münasibət birmənalıdır



Futbolun inkişafıyla bağlı dövlət proqramı hazırlanan zaman Türkiyə və Ukraynanın təcrübəsi öyrənilib.



Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA-nın vitse-prezidenti Rauf Əliyev deyir. Onun sözlərinə görə, onlar futbol sahəsində böyük uğurlar əldə etmiş bu iki ölkədə dövlət proqramlarını diqqətlə nəzərdən keçiriblər və onların Azərbaycan şəraitinə uyğun olan müddəalarından istifadə ediblər.



Dövlət proqramı on illikdir – 2005-2015-ci illəri əhatə edir. Proqramın əsas müddəalarından biri uşaq futbolunun inkişaf etdirilməsiylə bağlıdır. Bölgələrdəki məktəblərdə futbol bölmələrinin açılması nəzərdə tutulur. Qadın futbolunun inkişafı üçün rayonlardakı futbol qurumlarında qadın bölmələrinin yaradılması, bundan başqa əlillər arasında futbol yarışlarının keçirilməsi də planlaşdırılıb. Dövlət proqramında futzal və çimərlik futbolunun inkişafına yönələn tədbirlər də əksini tapıb. Bundan əlavə, hökumətin köhnə stadionları müasir standartlara uyğunlaşdırmaq, yeni stadionlar tikmək planları var.



Dövlət futbolun inkişafına pul ayırmaqla yanaşı, həm də futbolun inkişafı üçün əlverişli investisiya mühitinin yaradılmasını istəyir. Futbol klublarının maddi-texniki bazasının yaxşılaşdırılması, yığma komandanın beynəlxalq yarışlara yüksək səviyyədə hazırlığı üçün büdcədən vəsaitin ayrılması da planlaşdırılıb.



Futbolun inkişafıyla bağlı dövlət proqramına münasibət birmənalıdır. Söhbətləşdiyim bütün ekspertlər dövlət proqramının qəbulunu müsbət qiymətləndirirlər.



AFFA-nın ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini Mikayıl Nərimanoğlu deyir ki, proqramın üstün cəhəti məsələlərə kompleks şəkildə yanaşılmasıdır. Cənab Nərimanoğlunun sözlərinə görə, futbolun problemlərini hansısa qurum təkbaşına həll edə bilməz və elə buna görə də proqramda müxtəlif qurumların əlaqəli fəaliyyəti nəzərdə tutulub.



Amma «Neftçi» klubunun keçmiş hücumçusu İsgəndər Cavadov deyir ki, proqramın özü yaxşı olsa da, hər şey onun necə həyata keçirilməsindən asılı olacaq. Onun fikrincə, AFFA-nın hazırkı rəhbərliyi bu işin öhdəsindən gəlməyə qadir deyil və Assosiasiyada kadr istlahatları aparılmalıdır.



AFFA rəsmisi Mikayıl Nərimanoğlu isə Assosiasiyanın rəhbərliyi barədə səslənən tənqidləri qəbul etmir. Onun fikrincə, indiyəcən səhvən futbolun bütün problemlərinin həlli AFFA-dan tələb edilib. Və bu baş verməyəndə, AFFA rəhbərliyi günahkar sayılıb. Mikayıl Nərimanoğlu uşaq futbolunun vəziyyətini misal çəkir:



«Məsələni bilməyənlər həmişə deyirlər ki, AFFA uşaq futboluna diqqət yetirmir. Halbuki, bunun birbaşa bizə aidiyyəti yoxdur. Məktəblərdə futbol dərnəklərinin yaradılması Təhsil Nazirliyinin işidir. Məktəb komandaları arasında yarışların təşkili məsələsinə isə Gənclər, İdman və Turizm Nazirliyi baxır. AFFA isə onlara hakimlər ayırmaqla, top verməklə kömək edə bilər».



Mikayıl Nərimanoğlu deyir ki, bundan sonra futbolun inkişafıyla bağlı konkret tədbirlərin həyata keçirilməsində məhz hansı qurumun cavabdeh olduğu bilinəcək. Həm bu, həm də ayrı-ayrı tədbirlərin icrası müddəti dövlət proqramında dəqiq göstərilib.



«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli də dövlət proqramını alqışlayır. Amma onun fikrincə, bu, gecikmiş addımdır, belə bir proqram 10 il əvvəl qəbul edilməliydi. Onun qənaətincə, bu gecikmə futbol sahəsində bəzi problemlərin həllini çətinlişdirəcək. Məsələn, o, dövlət proqramındakı məhəllə komandalarının yaradılması müddəasına diqqət

Günün bütün mövzuları

XS
SM
MD
LG