Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:54
Rubrikalar

Bakıda inşaat sərgisi açılıb


Səs: Real audio
Pora fəallarının qərarın ədalətli olması tələbi ilə məhkəmə binasının qarşısında etiraz aksiyası keçirdikləri deyilir - Oktyabrın 19-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Baku Build-2005" XI Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin açılışı olub. Oktyabrın 22-dək davam edəcək sərgidə 20 ölkənin 180-ə qədər şirkəti iştirak edir.



- Dövlət Neft Şirkətinin məlumatına görə, 2005-ci il mayın 25-dən indiyədək Səngəçal terminalından Bakı-Tbilisi-Ceyhan kəmərinə 3 milyon barrel neft vurulub. Bu, kəmərin Azərbaycan və Gürcüstan hissəsini doldurub. Türkiyə hissəsinin doldurulmasına isə 3 ay ərzində 7 milyon barrel neft sərf olunacaq.



- Ağdamdan olan məcburi köçkünlərin 214 evdən ibarət "Alıbəyli-1" və "Alıbəyli-2" qəsəbələrinə köçürülməsi başa çatdırılıb. 460 ailəlik "Bənövşələr" qəsəbəsi isə ilk sakinlərini qəbul etməyə başlayıb.



"AzərTac" agenliyinin məlumatına görə, prezidentin sərəncamına uyğun olaraq Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdamda 12 qəsəbə tikiləcək. Bu qəsəbələrdə hazırda çadır şəhərcikləri və vaqonlarda yaşayan 4 minə yaxın məcburi köçkün ailəsi məskunlaşacaq.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 593, 1 avro 5 481, 1 rus rublu isə 160 manatdır.
XS
SM
MD
LG