Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:21

Rəsul Quliyevlə bağlı məhkəmə təxirə salındı


Səs: Real audio
Pora fəallarının qərarın ədalətli olması tələbi ilə məhkəmə binasının qarşısında etiraz aksiyası keçirdikləri deyilir Oktyabrın 19-da Simferopolun Jeleznodorojni Rayon Məhkəməsində eks-spiker, ADP sədri Rəsul Quliyevlə bağlı məhkəmə işinə başlayıb. Prosesdə iştirak edən cənab Quliyevin vəkili Osman Kazımovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, hazırda məhkəmədə fasilə elan olunub. Buna ADP sədri ilə bağlı ABŞ-dan göndərilmiş bəzi sənədlərin tərcüməsi səbəb olub. Prosesin yaxın saatlarda davam etdiriləcəyin deyən vəkil məhkəmənin Ukraynanın yerli prokurorluğu tərəfindən verilmiş vəsatətə baxdığını bildirir. Vəsatətdə Rəsul Quliyevin 40 gün ərzində saxlanması və məsələnin araşdırılması nəzərdə tutulur.



O.Kazımov məhkəmənin Ukraynada olan Azərbaycan rəsmilərinin prosesdə iştirakını təmin etmədiyini də söyləyir: «Bildirildi ki, eks-spikerin cinayət işi ilə bağlı işə baxılmadığından onlar prosesdə iştirak edə bilməzlər».



Vəkil məhkəmənin açıq və mətbuat işçilərinin iştirakı ilə keçdiyini deyir. «Hansı qərara gəlinəcəyini bəri başdan deyə bilmərəm, ancaq proses obyektiv gedir»- deyə, o, bildirir.



Cənab Kazımov məhkəmə vəsatəti təmin edəcəyi halda, qərardan apellyasiya şikayəti verəcəklərini deyir: «Ancaq vəsatətin təmin ediləcəyinə inam çox azdır».



O.Kazımov məhkəmə binasının qarşısında Pora Partiyası fəallarının qərarın ədalətli olması tələbi ilə etiraz aksiyası keçirdiklərini də sözlərinə əlavə edir.



Ən son məlumata görə, eks-spikerin məhkəməsi sabahadək təxirə salınıb.



Rəsul Quliyevin işi ilə bağlı materiallar oktyabrın 18-də Jeleznodorojni Rayon Məhkəməsinə təqdim olunub.



Eks-spiker Rəsul Quliyev 1996-cı ildə Azərbaycanı tərk edib. Onun haqqında 2000-ci ildə həbs-qətimkan tədbiri seçilib. ADP sədri 100 milyon ABŞ dollarından artıq dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Cənab Quliyevin Xətai rayonu 36 saylı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınsa da, onun namizəd kimi toxunulmazlıq hüququ ləğv edilib.



Rəsul Quliyev oktyabrın 17-də Azərbaycana dönəcəyini bəyan etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG