Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:19
Rubrikalar

Azərbaycan akrobatları Avropada 4-cüdülər


Səs: Real audio
«Azpetrol»un İçərişəhərdə yerləşən ofislərində axtarış aparıldı - Yunanıstanda akrobatika gimnastikası üzrə Avropa çempionatı sona çatıb. Azərbaycanı Ayla Əhmədova və Dinarə Abbasova təmsil edib. Gimnastika Federasiyasından verilən məlumata görə, hər iki akrobat 4-cü yerlə kifayətlənib. Yeniyetmələrin turnirində də 4 Azərbaycan idmançısı böyüklərin nəticəsini təkrarlayıb: 4-cü yer.



- Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının ilk oyununda «Azərreyl» Türkiyənin «Vakıfbank» komandasına 3:2 hesabı ilə məğlub olub. Cavab qarşılaşması gələn il yanvarın 17-də İstanbulda olacaq. «B» qrupunda yarışan «Azərreyl» oktyabrın 25-də İtaliyanın «Pallovolo Sirio» komandasını qəbul edəcək.



- Futzal üzrə Azərbaycan çempionu, Naxçıvanın «Araz» komandası Avropa Çempionlar Liqası turnirinin 3-cü seçmə qrupunda ilk oyununu Belçikanın «Morlanves» komandasına qarşı keçirib. Oyun 4:4 hesabı ilə sona çatıb. «Araz»ın növbəti rəqibi Bosniya və Hersoqovinanın «Karaka» komandası olacaq.



- Şəkidə qadın şahmatçılar arasında beynəlxalq turnir davam edir. 10 şahmatçının mübarizə apardığı turnirə beşqat dünya çempionu Nona Qapriandaşvili rəhbərlik edir. Turnirdə Azərbaycan iki şahmatçı ilə təmsil olunur.
XS
SM
MD
LG