Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:05

İqtisadi İnkişaf naziri vəzifəsindən azad edildi


Səs: Real audio
«Azpetrol»un İçərişəhərdə yerləşən ofislərində axtarış aparıldı Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı sərəncamla İqtisadi İnkişaf naziri Fərhad Şövlət oğlu Əliyev tutduğu vəzifədən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə onun yerinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Heydər Babayev təyin edilib.



«Gün-Səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu deyir ki, Fərhad Əliyevin vəzifəsindən kənarlaşdırılmasına son vaxtlar onun müxalifəti maliyyələşdirməsilə bağlı yayılan söz-söhbətlər də səbəb ola bilər. Onun sözlərinə görə, hazırda hakimiyyətdə iki qüvvə mövcuddur: «Bunlar şərti olaraq islahatçılar və mühafizəkarlar adlandırılır. Fərhad Əliyev həmişə islahatçıların lideri kimi təqdim edilib. Onun işdən çıxarılmasına bu məqamdan da yanaşmaq olar».



Bu arada bəzi kütləvi informasiya vasitələri Fərhad Əliyevin qardaşı –«Azpetrol» şirkətinin prezidenti Rafiq Əliyevin saxlandığı və sabiq nazirin isə axtarışda olduğu barədə məlumat yayıblar. Axşam saatlarında isə Miili Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları «Azpetrol»un İçərişəhərdə, Böyük Qala və Mirzə Mənsur küçələrində yerləşən ofislərində axtarış aparıblar. Ancaq bu barədə hər hansı açıqlama verilmədi. MTN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Arif Babayev isə «Azadlıq» radiosuna müsahibəsində məsələ ilə bağlı hələlik kifayət qədər məlumatı olmadığı üçün heç nə deyə bilməyəcəyini söylədi.



Fərhad Əliyev 1963-cü ilin aprelində Cəlilabad rayonunda anadan olub. O, Xarici Turizm Şurasının birinci müavini, «Azərşərq» Səhmdar Cəmiyyətinin sədri olub. Cənab Əliyev Ticarət Nazirliyi və Dövlət Əmlak Komitəsinə rəhbərlik edib.



2001-ci ilin aprelində isə İqtisadi İnkişaf naziri vəzifəsinə təyin edilib.
XS
SM
MD
LG