Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:52

«Azərbaycan korrupsiyanın səviyyəsinə görə dünyada 137-cidir»


Səs: Real audio
Vurğun Əyyub: «Azadlıq» bloku yaxın günlərdə bu məsələni müzakirə etmək niyyətindədir» «Azərbaycan korrupsiyanın səviyyəsinə görə 159 ölkə arasında 137-ci yerdədir». «Transparency International» təşkilatının oktyabrın 18-də açıqladığı “Korrupsiyanın Qavrama İndeksi” adlı hesabatında belə deyilir. Axırıncı beş ili əhatə edən sənədə əsasən Gürcüstan 134-cü, Ermənistan isə 87-ci yeri tutur.



Hesabatda korrupsiyanın ən az olduğu ölkə Finlandiya, ən çox olduğu ölkə isə Çaddır. Bu ölkə siyahının sonuncu pilləsində 159-cu yerdədir.



«Transparency International»ın 2004-cü ildə yaydığı hesabatda isə Azərbaycan korrupsiyanın səviyyəsinə görə 149 ölkə arasında 140-cı yerdə göstərilmişdi.



«Şəffaflıq Azərbaycan» təşkilatının rəhbəri Rəna Səfərəliyeva hesab edir ki, az da olsa Azərbaycanda bu sahədə irəliləyiş hiss olunur.



Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndəsi İnam Kərimov da hesabatın ölkədə korrupsiyanın səviyyəsinin azaldığını göstərdiyini deyir. Cənab Kərimov bildirir ki, sənəd 2005-ci ilin ötən bir neçə ayını da əhatə etsəydi, yəqin ki, Azərbaycanın yeri daha bir neçə pillə yuxarıda olardı.
XS
SM
MD
LG