Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:51

Müxalifət seçkini boykot edə biləcəyini söyləyir


Səs: Real audio
Vurğun Əyyub: «Azadlıq» bloku yaxın günlərdə bu məsələni müzakirə etmək niyyətindədir» Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyalarının birləşdiyi «Azadlıq» seçki bloku parlament seçkisini boykot edə bilər.



Müsavat Partiyası başqanının birinci müavini Vurğun Əyyub deyir ki, seçki prosesindəki qanunsuzluqlar, beynəlxalq qurumların tövsiyələrinin nəzərə alınmaması, seçici və şəxsiyyət vəsiqələrinin verilməsilə bağlı problemlər blokdan olan əksər deputatlığa namizədlərdə seçkinin azad və ədalətli keçirilməsinə şübhə yaradır: «Ona görə də boykot təklifilə çıxış edənlərin sayı artmaqadır». Cənab Əyyub bildirir ki, blok seçkidə iştirak etməyin tərəfdarı olsa da, yaxın günlərdə bu məsələni müzakirə etmək niyyətindədir.



Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə hesab edir ki, müxalifət məğlubiyyətdən yaxa qurtarmaq üçün geriyə çəkilmək istəyir.



İndiyədək müxalifət 1995-ci il Konstitusiya ilə bağlı referendumu və 1998-ci il prezident seçkisini boykot edib. 2000-ci il parlament seçkisində isə bəzi müxalifət partiyaları seçilmiş deputatlarını geri çağırmaq haqda qərar vermişdi.
XS
SM
MD
LG