Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:14

«Azadlıq» bloku AzTV-ni məhkəməyə verəcəyini bildirir<p align=`left`><br><br>


Səs: Real audio
AzTV-nin İctimai-Siyasi Proqramlar Şöbəsinin müdiri Rafiq Kərimov: «Çıxışların videoyazı olması Seçki Məcəlləsinə zidd deyil» Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının yaratdığı «Azadlıq» seçki bloku AzTV-ni məhkəməyə verəcək. Blokun Xalq Cəbhəsi Partiyasından deputatlığa namizədi Fuad Müstafayev belə deyir. Onun sözlərinə görə, AzTV oktyabrın 17-də qanunla onlara ayrılan pulsuz efir vaxtından canlı yayımda istifadəni qadağan etdiyindən məhkəməyə müraciət etməyi qərara alıblar.



Oktyabrın 17-də axşam AzTV-də «Azadlıq»a ayrılan efir vaxtında deputatlığa namizədin çıxışı əvəzinə, blokun rəmzləri olan kadr efirə verilib.



AzTV-nin İctimai-Siyasi Proqramlar Şöbəsinin müdiri Rafiq Kərimov pulsuz efirdən yararlanan bütün partiya və bloklara oktyabrın 17-i günorta zəng edərək, çıxışların canlı yox, videoyazı olacağını xəbər verdiyini deyir. O, bunun Seçki Məcəlləsinə (SM) zidd olmadığını bildirir. Cənab Kərimovun sözlərinə görə, nə SM-də, nə də Mərkəzi Seçki Komissiyasının (MSK) qərarlarında ödənişsiz efirin hökmən canlı olmasıyla bağlı müddəa yoxdur. O, qarşılıqlı təhqir və kütləvi aksiyalara çağırışlara efir verməmək üçün bu üsulu seçdiklərini də sözlərinə əlavə edir.



MSK-nın katibi Vidadi Mahmudlu isə söyləyir ki, çıxışların mətnini öncədən tələb etmək senzuradır: «Seçki Məcəlləsində televiziyaya belə bir hüquq verilməyib».



Qurumun sədri Məzahir Pənahov isə deyir ki, bəzi namizədlər ekrandan dövlət əleyhinə çağırışlar edirlər ki, bu da yolverilməzdir.
XS
SM
MD
LG