Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:15

Bolqarıstanda ali təhsil almaq imkanı var


Səs: Real audio
Vurğun Əyyub bəzi məqamlarda «Azadlıq»ın güzəştə getməyə hazır olduğunu deyir İndi 11-ci sinif şagirdlərinin Bolqarıstandakı Amerika Universitetində də ali təhsil almaq imkanı var. Özü də heç bir pul ödəmədən. Bu imkanı yaradan Bakı Təhsil Mərkəzi və Açıq Cəmiyyət İnstitutunun birgə həyata keçirdiyi "Dördillik bakalavr proqramı"dır.



Bakı Təhsil Mərkəzinin proqram koordinatoru İradə İskəndərovanın sözlərinə görə, ali təhsili və yaşı 23-dən yuxarı olmayan hər kəs bu proqramda iştirak edə bilər:



"11-ci sinif şagirdləri və ali təhsili olmayan 23 yaşadək gənclər bu konkursda iştirak edə bilərlər".



İradə İskəndərova deyir ki, müraciət edənlər üç mərhələdən ibarət imtahan verəcəklər. Birinci mərhələ sənədlərin qəbulundan, ikinci mərhələ TOEFL imtahanından ibarətdir. Test imtahanından ibarət üçüncü mərhələni isə Bolqarıstandakı Amerika Universiteti keçirir.



Proqramda iştirak etmək istəyənlər ərizə forması, üç tövsiyə məktubu, inşa, tərcümeyi-hal və son dörd ilin qiymət cədvəlindən ibarət sənədləri dekabrın 12-dək Bakı Təhsil Mərkəzinə təqdim etməlidir. Qaliblər aprel ayında elan olunacaq.
XS
SM
MD
LG