Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:14

<i>«Ayna»</i>: «Rəsul Quliyev xalqın yox, özünün xilasına gəlirdi»


Səs: Real audio
Vurğun Əyyub bəzi məqamlarda «Azadlıq»ın güzəştə getməyə hazır olduğunu deyir «525-ci qəzet»dəki İqtisadi İnkişaf Nazirliyində işləmək istəyənlər imtahan verib» başlıqlı məqalədə Gündüz yazır ki, 296-ya qədər namizəd imtahandan kəsilib. Məqalədə bildirilir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) imtahanın nəticələrini ürəkaçmayan göstərici kimi dəyərləndirib. TQDK-dan verilən məlumata görə, testin sonuncu mərhələsinə çoxlu iddiaçının qalacağı o qədər də inandırıcı görünmür.



«Ayna» qəzetindəki «Bütləri sındırın!» başlıqlı məqalədə Müşfiq Həqq yazır ki, ölkədə baş verənlərin ən acınacaqlısı budur ki, Azərbaycan xalqı birdəfəlik yəqinləşdirmək istəmir ki, hadisələr necə axarla davam etsin. Xalq bilməlidir ki, başda İlham Əliyev və Rəsul Quliyev olmaqla heç bir siyasətçi onu xilas edə bilməz. Tam əksinə, məhz siyasətçilər xilas olmaq üçün xalqa söykənməlidirlər.



Məqalədə bildirilir ki, Rəsul Quliyev xalqı xilas etməyə yox, özünün xilasına gəlirdi. Görünür, onun da fəal iştirakı ilə Azərbaycanı bürümüş əsarət o qədər güclənib ki, eks-spiker başda olmaqla hamımız azadlıq üçün daha çox qurban verməliyik.



«Üç nöqtə» qəzetindəki «Quş qripi»nin ölkəmizdə yayılma ehtimalı yoxdur» başlıqlı məqalədə Gülər yazır ki, buna baxmayaraq Səhiyyə naziri əhalini hər ehtimala qarşı ehtiyatlı olmağa çağırır. Müəllif yazır ki, virus əsasən Rusiyanın altı vilayətində, Qazaxstan, Türkiyə və başqa bir sıra ölkələrdə yayılıb. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Azərbaycanda «qüş qripi»nin göstəricilərinə rast gəlinmədiyi üçün hələlik hər hansı tədbir də görülmür.
XS
SM
MD
LG